90-ların “Seks bomba”sı “Pandora” reklamının yeni siması oldu - FOTO

90-ların “Seks bomba”sı “Pandora” reklamının yeni siması oldu - FOTO

55 yaşlı amerikalı aktrisa və model Pamela Anderson “Pandora” ilə yeni modellik müqaviləsi bağlayıb. Aktrisa təbii gözəlliyini və laboratoriyada yaradılmış üç yeni almaz kolleksiyasını nümayiş etdirib. Bu barədə zərgərlik evi ulduzlu foto və video yerləşdirməklə məlumat verib.


Sfera.az bildirir ki, “Pandora” zərgərlik evi laboratoriyada süni şəkildə yaradılmış brilyantlarla qızıl və gümüş kolleksiyasını təqdim edib.


Keçmiş “Seks bomba” ağ şalvar kostyumu və krem ​​ipək koftada, demək olar ki, görünməyən makiyajla şəkil çəkdirərkən gözəlliyi ilə işıq saçıb.


“Vogue”un kreativ direktoru Qreys Koddinqton və model Precious Linin də yer aldığı reklamda parıldayan zinət əşyalarını nümayiş etdirən Pamela Anderson, "Həyatda bir dəfə heç vaxt kifayət deyil"deyir.
 

“Pandora”nın "Brilyantlar Hamı üçün" kampaniyası qadınların almaz zinət əşyalarını xüsusi hallar üçün saxlamağa ehtiyac olmadığını vurğulamaq üçün yaradılıb.
 

Reklamda Pamela, sarı və ağ qızıldan hazırlanmış bir neçə bilərzik (1550 dollar), eləcə də qolbaqlarına uyğun gələn bükülmüş qızıl üzük (1650 dollar) daxil olmaqla dörd brilyant üzük nümayiş etdirir.
 

Anderson açıqlamasında "Bunların laboratoriyada yetişdirilmiş brilyantlar olduğunu və zərgərlik məmulatlarının təkrar emal edilmiş gümüşdən və qızıldan hazırlandığını bilmək mənim üçün çox xoşdur"-deyə bildirib.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

İlham Əliyev Kirill ilə görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 3-də Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill ilə görüşüblər. ...

İranda ildırım faciəsi: ölənlər və xəsarət alanlar var

İranın qərbindəki Kirmanşah əyalətində ildırım vurması nəticəsində 2 nəfər ölüb, 4-ü yaralanıb.   Sfera.az xəbər verir ki, bu barədə əyalətin fövqəla...

Qatar 15 dəqiqə tuneldə qalıb - VİDEO

Xəbər verdiyimiz kimi, bu gün “Həzi Aslanov” və “Xalqlar dostluğu” stansiyaları istiqamətindəki şəhər şəbəkəsindən Azərbaycan Nəqliyyat ...

Fitsonun səhhəti pisləşdi, görüşlər təxirə salındı

Slovakiyanın Baş naziri Robert Fitso səhhəti ilə əlaqədar iş səfərlərini və tədbirləri ləğv edib.   Sfera.az xəbər verir ki, bu barədə yerli media mə...

Azərbaycan millisinin cüdoçusu qabırğasını sındırdı - RƏSMİ

Azərbaycan milli komandasının cüdoçusu Vüsal Qələndərzadə Tacikistanın paytaxtı Düşənbədə keçirilən Böyük Dəbilqə turnirində ağır zədə alıb.   Sfera....

Cəlilabadda yağışdan sonra qədim yaşayış yeri tapıldı - FOTO

Cəlilabad rayonunda qədim yaşayış məskəni aşkarlanıb.   Sfera.az xəbər verir ki, bir neçə gün bundan öncə yağan leysan nəticəsində rayonun Uzuntəpə k...