Adel boşanmasından danışarkən göz yaşlarına boğuldu

Adel boşanmasından danışarkən göz yaşlarına boğuldu

34 yaşlı britaniyalı müğənni Adel boşanması haqqında danışarkən göz yaşlarına boğulub.

Sfera.az bildirir ki, ulduz Simon Konecki ilə boşanmasını xatırlayanda ağlamağa başlayıb və “The Late Late Show” verilişinin aparıcısı ona təsəlli verib.

Adel bildirib ki, məşhur aparıcı Korden və həyat yoldaşı Culiya Keri ilə dostluğu ona birlikdə tətilə gedərkən çətin bir ayrılıqdan keçməyə kömək edib.

O, ürək ağrıdan hitlərindən birinin "Mən şərab içirəm" misrasının məşhur aparıcı və ailəsindən aldığı dəstəkdən ilhamlandığını bildirib.

"Mahnı sizinlə mənim keçirdiyimiz söhbətdən ilhamlanıb və bu, 4 yanvar 2020-ci il idi. Biz uşaqlarla tətildə idik".

Qeyd edək ki, 2021-ci ilin martında Simon Konecki ilə boşanan Adele rəsmi ayrıldıqdan iki il sonra Korden, həyat yoldaşı, üç uşağı və 10 yaşlı oğlu Angel ilə ailəvi tətilə getdiyini açıqlayıb.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR