Mahir Emrelinin komandası \"Spartak\"la qarşılaşacaq - Avropa Liqasında

Mahir Emrelinin komandası \
Bu gün UEFA Avropa Liqasında qrup mərhələsinə start veriləcək. 

Sfera.az-ın məlumatına görə, ilk oyun günündə 1 qarşılaşma keçiriləcək. 

Açılış matçında Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Polşanın "Legiya"sı Rusiyada "Spartak" (Moskva) klubu ilə üz-üzə gələcək. 

"Spartak" stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 18:30-da başlayacaq. 

Qeyd edək ki, Avropa Liqasında qrup mərhələsinin digər matçları sentyabrın 16-da baş tutacaq. 

OXŞAR XƏBƏRLƏR