\"Liverpul\"un əfsanəsi 62 yaşında öldü

\
 

İrlandiya millisinin və İngiltərənin "Liverpul" komandasının əfsanələrindən olan Maykl Robinson dünyasını dəyişib.

Sfera.az Mersisayd klubunun rəsmi saytına istinadən xəbər verir ki, veteran hücumçu 62 yaşında vəfat edib. Onun ölümünə xərçəng şişi səbəb olub. 

Qeyd edək ki, o, karyerası ərzində İngiltərənin "Preston Nort-End" (1975 - 1979), "Mançester Siti" (1979 - 1980), "Brayton" (1980 - 1983), "Liverpul" (1983 - 1984), "Kuinz Park-Reyncers" (1984 - 1986) və İspaniyanın "Osasuna" (1986 - 1989) klublarının formasını geyinib. Robinson İrlandiya yığmasında 26 oyuna 6 qol vurub.


OXŞAR XƏBƏRLƏR