"Leş Tofiq" azadlığa çıxdı

Kateqoriya məlum deyil
T
Bir il öncə Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs olunan "Leş Tofiq” ləqəbli Alıbəy Rzaxanov azadlığa çıxıb.
Unikal.org-un əldə etdiyi məlumata görə, A.Rzaxanov istintaq müddəti bitdikdən sonra azadlığa buraxılıb. O, yenidən Bakıda ət kəsimi fəaliyyəti ilə məşğuldur.
Qeyd edək ki, "Leş Tofiq"in rəhbərlik etdiyi mütəşəkkil dəstənin üzvləri bir müddətdir ki, qidaya yararsız, ölmüş iri buynuzlu mal və at ətlərinin respublikanın müxtəlif rayonlarından toplanması, tədarükü və emalı ilə məşğul olublar.






