Lənkəran icra başçısının oğlu ilə bağlı şok iddia: POLİSDƏN NİYƏ QOVULUB?

Lənkəran icra başçısının oğlu ilə bağlı şok iddia: POLİSDƏN NİYƏ QOVULUB?
Lənkəran rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun vaxtilə polis orqanlarında işləmiş oğlu Vüsal Qaraşov ötən bir neçə il ərzində Rusiyada bizneslə məşğul olub.

Sfera.az xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli facebook səhifəsində məlumat paylaşıb. Onun sözlərinə görə, Lənkəran rayon icra hakimiyyətinin başçısı Taleh Qaraşovun oğlu 2017-ci ilin aprelin 20-də Rusiyanın Vladimirsk vilayəti, Suduqosk rayonu, Muromtcevo qəsəbəsində meyvə və tərəvəz şirələri istehsalı ilə məşğul olan "AZ İNVEST QRUP" MMC-ni (ОБЩЕСТВО С ОГРАНИЧЕННОЙ ОТВЕТСТВЕННОСТЬЮ "АЗ ИНВЕСТ ГРУП") qeydiyyatdan keçirib. Şirkət 10 min rubl nizamnamə kapitalı ilə vilayətin 1 nömrəli vergi idarəsində 1173328006070 saylı lisenziya alıb:

"Muromtcevo qəsəbəsinin Pervomaysk küçəsi 70 ünvanındakı binanın 2-ci mərtəbəsində fəaliyyət göstərib. Şirkəti Bursikova Yekaterina Vasilevna adlı şəxs idarə edib.

2019-cu ilin yanvarında Vüsal Qaraşov şirkətin ləğv olunması üçün yerli vergi orqanlarına müraciət edib. Şirkət hazırda ləğvolunma prosesindədir."

Sonda araşdırmaçı jurnalist Cavanşir Həsənli yazıb ki, icra başçısının oğlu Vüsal Qaraşov Yasamal rayon Polis İdarəsi 29-cu Polis Bölməsinin rəisi vəzifəsində çalışıb.Bir ildən çoxdur polis orqanlarından qovulub. Sosial şəbəkə istifadəçiləri bölmə rəisi işlədiuyi vaxt Vüsal Qaraşovun insanlara əziyyət verdiyini qeyd ediblər.

Məsələylə bağlı Bizimyol.info-nun sualına Lənkəran rayon icra hakimiyyətindən çox qısa cavab verildi. Adının çəkilməsini istəməyən şəxs deyilənlərin yalan və böhtan olduğunu bildiridi.

Qeyd edək ki, bu gün Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun xəstələnərək xəstəxanaya yerləşdirilməsi xəbərləri yayılıb.

Lənkəran Şəhər İcra Hakimiyyətindən bildirilib ki, icra başçısı Taleh Qaraşov hazırda iş başındadır:

"Bəzi saytlarda və xəbər portallarında Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun səhhəti ilə əlaqədar xəstəxanaya yerləşdirilməsi ilə bağlı yalan və əsassız xəbərlər dərc edilib.

Taleh Qaraşov öz iş fəaliyyətini normal şəkildə davam etdirir, heç bir xəstəlikdən də əziyyət çəkmir. Bu məlumat yalnız ictimaiyyətdə və oxucularda çaşqınlıq yaratmaqdan başqa bir şey deyil.

Odur ki, dəqiqləşdirlmədən icra başçısı haqqında böhtan xarakterli xəbərləri dərc edən saytlar dərhal təkzib verməli və xəbər yazarkən diqqətli olmadırlar”.

OXŞAR XƏBƏRLƏR

Modeli döyməkdə təqsirləndirilən biznesmen külli miqdarda pul mənimsəyib?

Avropa Yenidənqurma və İnkişaf Bankından (AYİB) külli miqdarda qanunsuz kredit almaqda təqsirləndirilən Ziya Hüseynzadənin cinayət işi üzrə növbəti məhkəmə pros...

Əsədov Əliyevin məktubunu Ərdoğana təqdim etdi

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyəyə rəsmi səfəri çərçivəsində mayın 8-də Prezident Rəcəb Tayyib Ərdoğan ilə görüşüb.   Sfera.az xəbər verir ...

Sumqayıtda özünü qazi kimi təqdim edən dələduz saxlanıldı

Sumqayıtda özünü qazi kimi təqdim edərək dələduzluq əməlləri törtətməkdə şübhəli bilinən 1989-cü il təvəllüdlü Elşad Nağıyev saxlanılıb.   Sfera.az x...

Barmaq şaqqıldatmağın ziyanı varmı? - ARAŞDIRMA NƏTİCƏLƏRİ

Barmaq şaqqıldatmaq bəzi insanların gündəlik vərdişlərindən biridir. Digər tərəfdən, bu vərdişin artrit kimi problemlərə gətirib çıxaracağı ilə bağlı narah...

Ticarətdə meymun diplomatiyası - Yağ alanlara oranqutan hədiyə ediləcək 

Malayziya palma yağı ixrac etdiyi bəzi ölkələrə oranqutan hədiyyə etməyi planlaşdırır.  Sfera.az xarici mediaya istinadən xəbər verir ki, bununla bağl...

Azərbaycan və Bolqarıstan prezidentləri mətbuata birgə bəyanatla ÇIXIŞ ETDİLƏR - YENİLƏNDİ - 2

Mayın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər. &nbs...