Lavrovla gürcü jurnalist arasında gərginlik: Zaxarova müdaxilə etdi, ancaq... - VİDEO

Lavrovla gürcü jurnalist arasında gərginlik: Zaxarova müdaxilə etdi, ancaq... - VİDEO
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun keçirdiyi mətbuat konfransında nazirliyin sözçüsü Mariya Zaxarova ilə Gürcüstanın "Rustavi” telekanalının müxbiri Tamara Nutsubidze arasında söz çəkişməsi baş verib.

Belə ki, S.Lavrov ötən gün İsveçin paytaxtı Stokholmda ATƏT xarici işlər nazirlərinin iclasında iştirak edib, bir sıra görüşlər keçirib, danışıqlar aparıb, bir sözlə onun sıx qrafiki olub.

Rusiyanın xarici siyasət idarəsinin rəhbəri günün sonunda kameralar qarşısına çıxıb, jurnalistlərin suallarını cavablandırıb.

Həmin media nümayəndələrindən bir də "Rustavi” telekanalının müxbiri Tamara Nutsubidze olub. O, S.Lavrova sualı ingiliscə verməyə başlayıb. Bu zaman M.Zaxarova gürcü jurnalistin sözünü kəsərək ona rus dilində danışa bildiyini xatırladıb: "Tamara, zəhmət olmasa, rusca danışaq. Mətbuat konfransında rusiyalı jurnalistlər də iştirak edir”.

Eyni zamanda S.Lavrov T.Nutsubidzedən rusca danışmağın onun üçün çətin olub-olmadığını soruşub. Gürcü jurnalistin cavabı mənfi olub. Bu zaman S.Lavrov deyib: "Mən tərcümə edərəm”.

Nəticədə gürcü jurnalist rus dilinə keçməkdən təkidlə imtina edib və ingilis dilində Rusiyanın Gürcüstanın NATO-ya üzv olmaq istəyinə münasibətini soruşub/Report

OXŞAR XƏBƏRLƏR

Prezident: "Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq"

Biz istənilən ölkə kimi öz media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq və hər kəs qanunlara əməl etməlidir   Sfera.az xəbər verir ki, bu fik...

ABB ABŞ-yə ilk bankçılıq missiyasında iştirak etdi - FOTO

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımovun rəhbərliyi, Azərbaycan Banklar Assosiasiyasının və ABŞ-Azərbaycan Ticarət Palatasının təşkilatçılığı ilə ölkəm...

Prezident: "Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq"

Avropada təbii qaza - yeni mənbələrdən olan qaza tələb artır. Əgər 2021-ci ildə biz Avropa İttifaqı ölkələrinə 8 milyard kubmetr qaz təchiz etmişdiksə, bu il bu...

Prezident: "COP29 qarşıdurma arenası olmayacaq"

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli üçün çox böyük səylər göstərmişdir. Bu gün BƏƏ ...

Prezident: "Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk"

Biz Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk.   Sfera.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İl...

Prezident: "Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb"

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb və bu proses davam etdirilir.   Sfera.az xəbər verir...