Külək Bakıda 15 ağacı aşırdı

Külək Bakıda 15 ağacı aşırdı

Bakıda gecə davam edən güclü külək 15-ə yaxın ağacı aşırıb. 

Bakı Meriyasının Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov "Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu hadisə paytaxtın müxtəlif rayonlarında qeydə alınıb. Təxminən 6-7 ağac kökündən sınaraq aşıb. Bir ağac avtomobilin üzərinə düşüb. Maşına ciddi ziyan dəyməyib.

Aşan ağaclar ərazidən götürülüb. İdarə gücləndirilmiş iş rejimində çalışır. Güclü külək nəticəsində əyilərək qəzalı vəziyyətə düşən ağaclar qeydiyyata alınıb, təhlükənin aradan qaldırılması üçün işlər görülür. 


OXŞAR XƏBƏRLƏR