Kriştiano Ronaldo məşhur britaniyalı futbolçunun rekordunu yenilədi

Kriştiano Ronaldo məşhur britaniyalı futbolçunun rekordunu yenilədi
Kateqoriya məlum deyil
T
 

Avropa çempionatlarının seçmə mərhələlərinin yeni rekordu qeydə alınıb.

Sfera.az bildirir ki,  Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo qol sayında mütləq rekord vurub.

34 yaşlı hücumçu AVRO-2020-nin Litva ilə seçmə oyununda (5:1) dörd dəfə fərqlənib. Bununla da onun qitə çempionatlarının seçmə mərhələlərindəki qollarının sayı 25-ə çatıb.

 

Bu göstərici Avropada yeni rekorddur. Portuqaliyalı İrlandiya yığmasında 23 qol vuran Robbi Kinin göstəricisini iki top geridə qoyub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR