Logo

Gözəllik salonu açmaq istəyənləri aldatdı - 540 minlik dələduzluq

Gözəllik salonu açmaq istəyənləri aldatdı - 540 minlik dələduzluq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Özünü imkanlı iş adamı kimi təqdim edən qadın biznes qurmaq vədi ilə 13 nəfərin etibarından sui-istifadə edərək onlara 540 min manatdan çox maddi ziyan vurub.

Sfera.az xəbər verir ki, sumqayıt şəhərində dələduzluq əməlləri törədən Aygün Məmmədzadə həbs edilib.

A.Məmmədzadə əsasən gəlirli qadın gözəllik salonları açmaq və həmin obyektləri avadanlıqlarla təmin etmək istəyən şəxslərə sərfəli biznes təklifləri verib. Bu vədlərlə onların pul vəsaitlərini və qızıl-zinət əşyalarını ələ keçirib.

Bundan başqa, qadının bir nəfərə məxsus mənzili mülkiyyətçinin etibarından sui-istifadə edərək başqa şəxsin adına keçirdiyi də müəyyən olunub.

Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırma davam etdirilir.\\oxu.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR