Ziya Muradovun ölümü araşdırılır

Ziya Muradovun ölümü araşdırılır
Kateqoriya məlum deyil
T

Tərcüməçi Ziya Muradovun ölümü ilə bağlı Quba rayon prokurorluğunda araşdırma aparılır.

Sfera.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən modern.az-ın sorğusuna cavab olaraq bildirilib.

"Hadisənin bütün hallarının, o cümlədən Ziya Muradovun ölümünün səbəbinin və başvermə şəraitinin müəyyən edilməsi istiqamətində zəruri prosessual hərəkətlər həyata keçirilir.

Toplanmış materialların nəticələrinə əsasən hadisəyə qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət veriləcəkdir",-deyə baş Prokurorluq qeyd edib.

Qeyd edək ki, Ziya Muradov uzun illər “Qanun” Nəşriyyatı ilə əməkdaşlıq edib. O, rus dilindən Azərbaycan dilinə bir sıra əsərlər tərcümə edib. Tərcüməçinin son işlərindən biri Yevgeni Zamyatinin “Biz” romanıdır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR