Logo

Bir ailənin ikinci faciəsi: 25 gün sonra daha bir qadın öldürüldü – Türkiyədə dəhşətli qətl

Bir ailənin ikinci faciəsi: 25 gün sonra daha bir qadın öldürüldü – Türkiyədə dəhşətli qətl
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyənin Aksaray şəhərində 39 yaşlı Necati Doğanay ayrılmaq istəyən 31 yaşlı sevgilisi Rabia Yeşildalı avtomobildə odlu silahla qətlə yetirib. O, daha sonra qadının cəsədinin olduğu nəqliyyat vasitəsi ilə polis idarəsinə gedərək təslim olub.

Sfera.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Hadisənin noyabrın 28-də səhər saat 04:00 radələrində Yunus Emre məhəlləsində qeydə alındığı bildirilir.

Məlumata görə, iki uşaq anası Rabia Yeşildal Necati Doğanayla birlikdə yaşamağa başladıqdan sonra onun evli və üç uşaq atası olduğunu öyrənib. Bundan sonra cütlük arasında münasibətlər gərginləşib və mübahisə yaranıb.

Bir ailənin ikinci faciəsi: 25 gün sonra daha bir qadın öldürüldü – Türkiyədə dəhşətli qətl

Mübahisənin ardından Doğanay qadını Pınar məhəlləsində yaşayan anasının evinə aparmağı təklif edib. Birlikdə avtomobilə əyləşdikdən sonra o, tapança ilə sevgilisinə atəş açıb. Başından güllə yarası alan Rabia Yeşildal hadisə yerində ölüb.

Qətli törətdikdən sonra Necati Doğanay qadının meyitinin olduğu avtomobillə polis bölməsinə gedərək təslim olub.

Bir ailənin ikinci faciəsi: 25 gün sonra daha bir qadın öldürüldü – Türkiyədə dəhşətli qətl

Qeyd edək ki, Rabia Yeşildal 25 gün əvvəl keçmiş həyat yoldaşı Osman Oruç tərəfindən 15 bıçaq zərbəsi ilə öldürülən Şefika Yeşildalın qohumudur. Onların uşaqlıq illərini birlikdə keçirdikləri bildirilir./globalinfo

yeni proje 40png
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR