Məscid tikintisindən oğurluq edən 4 azərbaycanlı tutuldu – Foto

Məscid tikintisindən oğurluq edən 4 azərbaycanlı tutuldu – Foto
Kateqoriya məlum deyil
T

İstanbulun Anadolu bölgəsində yerləşən Şile qəsəbəsində oğurluq əməli törətmiş 4 Azərbaycan vətəndaşı tutulub.

Sfera.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Bildirilib ki, qəsəbənin Meydan küçəsində Kılıçarslan məscidinin təmirində inşaat işçisi kimi çalışan Azərbaycan vətəndaşları – N.M., N.N., R.A. və H.A. avqustun 5-nə keçən gecə tikinti meydançasından oğurluq edərkən tutulub.

Polisin keçirdiyi tədbirlərlə onlar cinayət başında saxlanılıblar. Həmin şəxslərin ümumilikdə 150 min lirə (5340 manat) dəyəri olan inşaat materiallarını Şilenin Kabaköz kəndində yerləşən evə daşıdıqları müəyyənləşib.

Polisdə aparılan sənədləşmədən sonra saxlanılan şəxslərin ölkədən çıxarılmasına qərar verilib./qafqazinfo

763107037 4585176658393823 7292150430136876276 n1766072007 4585176661727156 8660443946647742744 n1

Həm

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR