Suraxanıda qətl - Şübhəli şəxs saxlanıldı

Kateqoriya məlum deyil
T
Avqustun 20-də Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində qətl hadisəsi baş verib.
Sfera.az xəbər verir ki, Rayon prokurorluğundan verilən məlumata görə, 1994-cü il təvəllüdlü Rasim Lariyonovun qəsdən öldürülməsi barədə məlumat daxil olub.
İlkin araşdırmalar nəticəsində 1975-ci il təvəllüdlü Emil Hüseynovun aralarında yaranmış mübahisə zəminində Lariyonova bıçaqla xəsarətlər yetirərək onun ölümünə səbəb olması barədə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Emil Hüseynov iş üzrə şübhəli şəxs qismində saxlanılıb.
Bəsti Rəfizadə
Sfera.az






