Narkotikdən istifadə edən sürücü qəza törətdi - FOTO

Narkotikdən istifadə edən sürücü qəza törətdi - FOTO
Kateqoriya məlum deyil
T

Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ə.Əhmədov küçəsində "Kia" markalı, 77-NE-095 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Emil Xəlilov idarəetməni itirərək "Hyundai" markalı, 99-NV-112 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub.


Sfera.az xəbər verir ki, DYP mətbuat xidmətindən verilən məlumata əsasən, Sabunçu RPİ-nin DYP Şöbəsinin əməkdaşları tərəfindən sənədləri yoxlanılan zaman sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub.

 

Müayinə zamanı E.Xəlilovun narkotik vasitə qəbul etməsi də müəyyən olunub.


Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə E.Xəlilov 30 gün inzibati qaydada həbs edilib.


Bəsti Rəfizadə
Sfera.az

 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR