Kibercinayətkarlıq artır: Milyondan çox hesab oğurlandı

Bu ilin ilk yarısında məşhur mesajlaşma tətbiqlərinə qarşı kiberhücumlar kəskin şəkildə artıb. Rəsmi məlumatlara görə, yanvar–iyun aylarında 1,4 milyon istifadəçi hesabı kibercinayətkarlar tərəfindən ələ keçirilib.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, analizlər göstərib ki, “Telegram” üzərindən hesab oğurluqları 2024-cü ilin eyni dövrü ilə müqayisədə 51%, ötən ilin ikinci yarısı ilə müqayisədə isə 20% artıb.
Mütəxəssislər hesab edirlər ki, platformanın kanal idarəçiliyi, NFT-lər və rəqəmsal valyuta funksiyaları kibercinayətkarların marağını daha da artırır.
“Kaspersky”nin hesabatına əsasən, 2025-ci ilin əvvəlində “WhatsApp” istifadəçilərinə qarşı həyata keçirilən fırıldaqçı zənglər ötən ilin eyni dövrü ilə müqayisədə 3,5 dəfə çoxalıb.
İT təhlükəsizlik mütəxəssisləri bildirirlər ki, hücumların əksəriyyəti tətbiqlərin boşluqlarından deyil, istifadəçilərin diqqətsizliyindən qaynaqlanır. “IT Task” şirkətinin texniki direktoru Anton Antropovun sözlərinə görə, yeni platformalar daha təhlükəsiz olsa da, istifadəçilər öyrəşmə mərhələsində asanlıqla manipulyasiya edilə bilirlər.
“Cyberdom” şirkətindən Sergey Voldoxin isə deyib edib ki, əsl qorunma tətbiqin seçilməsində deyil, rəqəmsal təhlükəsizlik qaydalarına ciddi şəkildə əməl etməkdədir.
Bəsti Rəfizadə
Sfera.az






