Bakıda qadın sevgilisini öldürdü

Bakıda qadın sevgilisini öldürdü
Kateqoriya məlum deyil
T

Bakıda qətl hadisəsi baş verib.

 

Sfera.az xəbər verir ki, hadisə avqustun 18-də gecə saatlarında Xəzər rayonunun Şağan qəsəbəsində qeydə alınıb.

 

1979-cu il təvəllüdlü Elşad Şıxıyevin yaşadığı evdə özünə kəsici alətlə xəsarət yetirməsi nəticəsində ölməsi barədə polisə məlumat daxil olub.

 

Araşdırmalarla E.Şıxıyevin qeyri-rəsmi nikah münasibətlərində olduğu qadın tərəfindən qətlə yetirildiyi müəyyən edilib.

 

Polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən 1987-ci il təvəllüdlü Aysel Rufullayeva saxlanılaraq istintaqa təhvil verilib.

 

Araşdırmalar aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR