Ərəb turistlərə cinayət işi açıldı - Rəsmi

Ərəb turistlərə cinayət işi açıldı - Rəsmi
Kateqoriya məlum deyil
T

Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilərə cinayət işi başlanılıb.

 

Sfera.az xəbər verir ki, bununla bağlı məlumatı DİN-nin Mətbuat Xidməti açıqlayıb. 


Məlumata əsasən avqustun 17-də 3 nəfər əcnəbi şəxsin Şəhidlər Xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmaları barədə araşdırmalar aparılıb.

 

Araşdırmalar zamanı həmin şəxslərin avqustun 13-də Bakı şəhərinə turist kimi 5 günlük gəldikləri, çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyən edilib.

 

Faktla bağlı cinayət məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsilə cinayət işi başlanılıb. Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə hər 3 şəxs saxlanılaraq istintaqa cəlb ediliblər.

 

Başlanan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

 

Qeyd edək ki, mediada yayılan xəbərlərə görə, saxlanılan əcnəbilər ərəb ölkələrindən birinin vətəndaşlarıdır. 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR