“Qucaqlaşmaq üçün cəmi üç dəqiqə" - Məhdudiyyət tətbiq edildi
Yeni Zelandiyanın “Dunedin” hava limanı sərnişinləri ötürmə sahəsində qucaqlaşma müddətini üç dəqiqə ilə məhdudlaşdıran yeni qayda tətbiq edib. Bu qərar bütün dünyada mübahisələrə səbəb olub.
Sfera.az bildirir ki, hava limanının rəhbərliyi “sevgi hormonu”nu ifraz etmək üçün 20 saniyəlik qucaqlaşmanın kifayət etdiyindən əmindir. “Dunedin”də daha uzun vidalar üçün dayanacaqdan istifadə etmək tövsiyə olunur.
"Daha uzun müddət vidalaşmaq üçün, lütfən, dayanacaqdan istifadə edin" - liman nişanında deyilir.
Bu hərəkət sosial şəbəkələrdə müxtəlif reaksiyalara səbəb olub. Bəzi “Facebook” istifadəçiləri hətta qucaqlaşmanın da vaxt məhdudiyyətinin olmasından qəzəblənirlər, digərləri isə bütün dünyada rüsumların və cərimələrin artmasını nəzərə alaraq hava limanının ümumiyyətlə pulsuz buraxılış sahəsi saxlamasına təəccüblənirlər.
“Dunedin” Hava Limanının baş direktoru Daniel de Bono mətbuata müsahibəsində hava limanlarının emosiyaların qaynar nöqtələri olduğunu izah edib. O, “sevgi hormonu” olan oksitosini ifraz etmək üçün 20 saniyəlik qucaqlaşmanın kifayət etdiyini göstərən araşdırmaları xatırladıb. Onun fikrincə, sərnişinlərin sürətli hərəkəti daha çox insanın qucaqlaşma payını almasına şərait yaradır.
Bundan əlavə, “Dunedin” Hava Limanı 15 dəqiqəlik pulsuz parkinq təklif edir. Bu, bir az daha vidalaşmaq istəyənlər üçün tələskənliyin qarşısını alır.
De Bononun sözlərinə görə, hava limanı işçiləi bu illər ərzində çox maraqlı şeylər görüb