"Bəyəndiyiniz Amerika məhkəmələri belə Əhmədi azadlıqdan məhrum etməyəcəkdi" - Vəkil

"Bəyəndiyiniz Amerika məhkəmələri belə Əhmədi azadlıqdan məhrum etməyəcəkdi" - Vəkil

Əhməd Əhmədovla bağlı verilən qərar müzakirə obyektinə çevrilib. Qərar çoxları tərəfindən birmənalı qarşılanmayıb. Belə ki, bəziləri bu qərarın ədalətli olmadığını düşünür və iddia edir ki, Əhməd cəzaçəkmə müəssisəsinə göndərilməli idi. 


 
Maraqlıdır, məhkəmənin Əhməd barəsində verdiyi qərar nə qədər ədalətlidir?


 
Sfera.az-a
mövzu ilə bağlı açıqlama verən vəkil Turan Abdullazadə bildirib ki, məhkəmə ədalətli qərar verib:

 

“Əhməd Əhmədovun azadlıqdan məhrum edilməməsinə görə bütün Azərbaycan şokdadır. Axı burada təəccüblənəcək nə var? Bəyəndiyiniz anqlosakson hüquq sistemi, Amerika məhkəmələrində belə psixi xəstəni azadlıqdan məhrum etmir. Bütün dünyada ağır psixi xəstələr məcburi psixiatriya mərkəzinə yerləşdirilir. Bunu da bilmək vacibdir ki, məcburi psixiatriya mərkəzindəki rejim həbsxanadan daha çətin və ağırdır. Yəni bu məsələyə tamamən son qoymaq lazımdır. Məhkəmənin qərarı təmamilə ədalətli və obyektivdir. Məhkəmə qərarında hər hansısa problem yoxdur”. 

 

Hüquqşünas qeyd edib ki, Əhmədin cəzaçəkmə müəssisəsinə göndərilməsi daha təhlükəlidir:

 

“Bir anlıq düşünün ki, Əhməd Əhmədovu cəzaçəkmə müəssisəsinə göndərirlər. Onun qaldığı kamerada başqa məhkumlar da olacaq. Siz düşünmürsünüzmü ki, onları da qətlə yetirə bilər? Tutaq ki, tək kamerada saxladılar, o penitensiar xidmətin əməkdaşını öldürə bilər. Həyat tək küçə və evdən ibarət deyil. Bəs cəzaçəkmə müəssisəsində yaşayan minlərlə məhkum var axı. Onları da düşünmək lazımdır. Onları Əhməddən kim qoruyacaq?” 

 

T.Abdullazadə sonda vurğulayıb ki, bu cür psixi xəstələrin adətən sağalma ehtimalı olmur və onların psixiatriya müəssəsindən sağaldıqdan sonra buraxılması çox nadir baş verir, Əhmədin də 1 il sonra sağalması ağılabatan deyil. Ona görə də narahat olmağa dəyməz.  

 

Qeyd edək ki, beş ailə üzvünü qətlə yetirməkdə ittiham olunan Əhməd Əhmədov barəsində məhkəmə qərar çıxarıb. Qərara əsasən, Əhməd Əhmədov cəzadan azad edilib. Onun barəsində Maştağa qəsəbəsində yerləşən ixtisaslaşmış psixatriya xəstəxanasında məcburi müalicə qərarı verilib.

 

Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR

Bu şirkət 11 min iş yerini ixtisar edəcək

Yaponiyanın avtomobil istehsalçısı "Nissan" zəif satışlar fonunda biznesini sarsıtdığı üçün dünya üzrə daha 11 000 iş yerini ixtisar edəcəyini və yedd...

Bakıda qızı küçədə "soyundurub" reklam çəkdilər - VİDEO

Məşhur mağazalar şəbəkəsi Bakıda çəkdirdiyi reklam videosuna görə kəskin tənqid edilib.   Sfera.az Milli.Az-a istinadən xəbər verir ki, küç...

Ağdaşda zibil poliqonu ilə bağlı məlumatlar həqiqəti əks etdirmir

Azərbaycan rayonlarının birində bərk məişət tullantılarının saxlanması və zərərsizləşdirilməsi üçün ayrılan ərazi (poliqon) haqqında mediada yayılan məlumatları...

Bakıda vəzifə vəd etdi, 85 min manatını mənimsədi

Bakıda özünü xüsusi hallar və əlaqələr üzrə vəzifəli şəxs kimi təqdim edərək dələduzluq edən şəxs polis tərəfindən saxlanılıb.   Sfera.az xəbər verir...

"Çörəkdən tam imtina sağlamlığa zərərdir" - AİB sədrindən ETİRAZ

Azərbaycan əhalisi son iyirmi ildə davamlı olaraq çörək və un məmulatlarının istehlakını azaldır, əvəzində meyvə və tərəvəz istehlakını artırır. 2005-ci ildə ad...

Azad edilmiş daha 8 rayona şəxsi maşınla GETMƏK OLACAQ

Vətəndaşların işğaldan azad edilmiş ərazilərə fərdi avtomobillərlə səfərlərinin istiqamətləri genişləndirilir.   Sfera.az xəbər verir ki, bu bar...