Mingəçevirdə kişi döyülərək öldürüldü - Oğlu SAXLANILDI

Mingəçevirdə kişi döyülərək öldürüldü - Oğlu SAXLANILDI

Mingəçevirdə oğul atasını döyərək öldürüb.

 

Bu barədə Sfera.az-a Mingəçevir şəhər prokurorluğundan məlumat verilib. Qeyd olunub ki, hadisə dünən axşam saatlarında baş verib.

 

“Oktyabrın 12-də saat 13 radələrində Mingəçevir şəhəri, Sahil küçəsi ünvanında 1960-cı il təvəllüdlü Heydar Nəbiyevin üzərində xəsarətlər olan meyitinin aşkar edilməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı 1992-ci il təvəllüdlü Vüsal Nəbiyevin oktyabrın 11-də axşam saatlarında atası Heydar Nəbiyevi döyərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirməsi nəticəsində sonuncunun almış olduğu xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib”.

 

Qurum bildirib ki, faktla bağlı Mingəçevir şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

 

“Vüsal Nəbiyev iş üzrə şübhəli şəxs qismində tutulub”, - əlavə olunub.

 

Günay

 

 


OXŞAR XƏBƏRLƏR

"Çörəkdən tam imtina sağlamlığa zərərdir" - AİB sədrindən ETİRAZ

Azərbaycan əhalisi son iyirmi ildə davamlı olaraq çörək və un məmulatlarının istehlakını azaldır, əvəzində meyvə və tərəvəz istehlakını artırır. 2005-ci ildə ad...

Azad edilmiş daha 8 rayona şəxsi maşınla GETMƏK OLACAQ

Vətəndaşların işğaldan azad edilmiş ərazilərə fərdi avtomobillərlə səfərlərinin istiqamətləri genişləndirilir.   Sfera.az xəbər verir ki, bu bar...

Ərdoğan, Tramp, Salman və Şara görüş keçirdi

ABŞ Prezidenti Donald Tramp Suriya administrasiyasının yeni rəhbəri Əhməd əş-Şara ilə görüşüb.   Sfera.az xəbər verir ki, bu barədə “Əl Ər...

Tramp suriyalıları sevindirdi - Sanksiya qərarı coşqu ilə qarşılandı - FOTO -VİDEO

Suriyada küçələr və meydanlar ABŞ Prezidenti Donald Trampın sanksiyaları ləğv etmə qərarından sonra bayram əhval-ruhiyyəsi ilə dolub-daşdı.   Sfera.a...

Günahsız olduğu bilindi - 38 ildən sonra azadlığa buraxıldı - FOTO

1987-ci ildə törədilən qətldə təqsirləndirilərək 38 il həbsdə saxlanılan Böyük Britaniya vətəndaşı 68 yaşlı Piter Sallivanın cinayət hökmü yeni genetik sübutlar...

DİN əməliyyat keçirdi: Saxlanılan var – VİDEO

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə...