Ailə üzvlərini öldürən Əhmədlə bağlı SON QƏRAR VERİLDİ - FOTO

Ailə üzvlərini öldürən Əhmədlə bağlı SON QƏRAR VERİLDİ - FOTO

Bakıda ailəsinin beş üzvünü qətlə yetirməkdə ittiham olunan Əhməd Əhmədovun məhkəmə prosesi başa çatıb.

 

Sfera.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrlik etdiyi prosesdə qərar elan olunub. Qərara əsasən, Əhməd Əhmədov cəzadan azad edilib.

 

Onun barəsində Maştağa qəsəbəsində yerləşən ixtisaslaşmış psixatriya xəstəxanasında məcburi müalicə tətbiq ediləcək.

 

Xatırladaq ki, bu ilin fevral ayının 13-də 1999-cu il təvəllüdlü Əhməd Əhmədov aralarında yaranmış mübahisə zamanı ata, ana və azyaşlı qardaşını, bundan əvvəl başqa bir ünvanda isə bacısı - 1997-ci il təvəllüdlü Elmira Əhmədovanı və onun azyaşlı qızını qətlə yetirməkdə şübhəli bilinib. O şübhəli şəxs qismində saxlanılıb və fevralın 14-də barəsində həbs qətimkan tədbiri seçilib. Daha sonra o, Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxənasına yerləşdirilib. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə ittiham irəli sürülüb.

 

 



OXŞAR XƏBƏRLƏR

"Real" "Barselona"nın yetirməsini heyətinə qatmaq istəyir

İspaniyanın "Real" klubu "Barselona"nın yetirməsi Oskar Mingesanı heyətinə cəlb etmək istəyir.   Sfera.az xəbər verir ki, bu barə...

Alimlər gənclikdə spirtli içki içməyin zərərlərini açıqladı

Gənclikdə həddindən artıq spirt istehlakı siçanların beyinlərində yaşlanma ilə müşahidə olunanlara bənzər dəyişikliklərə səbəb olub.   Sfera.az ...

"Dünyanın müxtəlif ölkələrində də hər yerdə valyutadəyişmə məntəqələri yoxdur" - Deputat

Zaman-zaman bəzi vətəndaşlar valyutadəyişmə məntəqələrinin az olması ilə bağlı narazılıqlar edir.   Bununla bağlı Sfera.az-a açıqlama verən deputat R...

Uşaqlar üçün yaşayış minimumu artırılır -MƏBLƏĞ

2025-ci ildə uşaqlar üçün yaşayış minimumu 246 manata çatdırılacaq.   Sfera.az xəbər xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət və İq...

UEFA Çempionlar Liqasında çıxış edən 2 klubu cərimələdi

UEFA Çempionlar Liqasının IV turunda qeydə alınan qayda pozuntularına görə Portuqaliyanın “Sportinq” və Almaniyanın “Ştutqart” klubların...

Umayra Tağıyeva: Meşələrin qırılmasına qarşı siyasəti gücləndirməliyik

Meşələrin qırılması və ekosistemlərin deqradasiyasına qarşı siyasəti gücləndirməliyik.   Sfera.az xəbər verir ki, bu barədə ekologiya və təbii sərvət...