Narkotikin təsiri altında avtomobil idarə edən sürücü SAXLANILDI

Narkotikin təsiri altında avtomobil idarə edən sürücü SAXLANILDI

Bakı-Şamaxı-Yevlax avtomobil yolu üzərində yerləşən stasionar postda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücünün qanunazidd hərəkətlərinin qarşısı alınıb.

 

Bu barədə Sfera.az-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Qeyd olunub ki, hadisə ötən gün baş verib.

 

“Bakı şəhər sakini Mahir Qasımovun idarə etdiyi “KİA” markalı avtomobil sərxoşluğa qarşı aparılan reyd zamanı saxlanılarkən sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçirilməsi təmin olunub. Müayinə zamanı Mahir Qasımovun narkotik maddə qəbul etməsi müəyyən edilib və o, narkotik istifadəçisi olduğunu etiraf edib”, - qurum bildirib.

 

Məlumata görə, bununla yanaşı, avtomobilə baxış zamanı oradan xüsusi qablaşdırılmış narkotik vasitə və 1,3 kiloqram qızıl məmulatları aşkar edilib. Nəticədə Mahir Qasımov aidiyyəti üzrə ərazi polis orqanına təhvil verilib.

 

Günay

 

 


OXŞAR XƏBƏRLƏR