Bakıda narkokuryerlər SAXLANILDI

Bakıda narkokuryerlər SAXLANILDI

Bakıda polis əməkdaşlarının “saxla” əmrinə tabe olmayıb qaçan narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olan şəxslər saxlanılıblar. 

 

Bu barədə Sfera.az-a DİN-in Mətbuat Xidmətindən bildirilib. Məlumata görə, hadisə sentyabrın 24-də saat 03:44 radələrində Yasamal rayonu, Z.Əhmədbəyov küçəsində baş verib.

 

Belə ki, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslərin olduğu dövlət qeydiyyat nişanı 77-XS-413 “Toyota Prius” markalı avtomobilə polis əməkdaşları tərəfindən “saxla” işarəsi verilib. Lakin polisin qanuni tələblərinə məhəl qoymaraq hərəkətini davam etdirən avtomobil Nəsimi rayonu ərazisində maneyə dəyərək dayanıb. Nəqliyyat vasitəsində olan şübhəli şəxslər polis əməkdaşlarına müqavimət göstərərək qaçmağa cəhd ediblər. 

 

“Polis əməkdaşları tərəfindən xidməti tabel silahı ilə xəbərdarlıq atəşi açılmaqla, əvvəllər məhkum olunmuş – 1991-ci il təvəllüdlü İsmayılov Bəxtiyar, 1980-ci il təvəllüdlü Əjdərov Əjdər saxlanılıblar. Ayağından xəsarət alan Ə.Əjdərov xəstəxanaya yerləşdirilib. Avtomaşında satış məqsədilə daşınan müxtəlif çəkilərdə qablaşdırılan heroin, psixotrop maddə olan metamfetamin, güclü təsiredici dərman preparatları aşkarlanıb. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb”, - məlumatda bildirilib.

 

Günay 
 


OXŞAR XƏBƏRLƏR

Alimlər gənclikdə spirtli içki içməyin zərərlərini açıqladı

Gənclikdə həddindən artıq spirt istehlakı siçanların beyinlərində yaşlanma ilə müşahidə olunanlara bənzər dəyişikliklərə səbəb olub.   Sfera.az ...

"Dünyanın müxtəlif ölkələrində də hər yerdə valyutadəyişmə məntəqələri yoxdur" - Deputat

Zaman-zaman bəzi vətəndaşlar valyutadəyişmə məntəqələrinin az olması ilə bağlı narazılıqlar edir.   Bununla bağlı Sfera.az-a açıqlama verən deputat R...

Uşaqlar üçün yaşayış minimumu artırılır -MƏBLƏĞ

2025-ci ildə uşaqlar üçün yaşayış minimumu 246 manata çatdırılacaq.   Sfera.az xəbər xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət və İq...

UEFA Çempionlar Liqasında çıxış edən 2 klubu cərimələdi

UEFA Çempionlar Liqasının IV turunda qeydə alınan qayda pozuntularına görə Portuqaliyanın “Sportinq” və Almaniyanın “Ştutqart” klubların...

Umayra Tağıyeva: Meşələrin qırılmasına qarşı siyasəti gücləndirməliyik

Meşələrin qırılması və ekosistemlərin deqradasiyasına qarşı siyasəti gücləndirməliyik.   Sfera.az xəbər verir ki, bu barədə ekologiya və təbii sərvət...

“Baydenə görə münaqişədə yeni gərginlik yaranıb” - Kreml

“Amerika lideri Co Baydenin hakimiyyətdən gedən administrasiyasının qərarları ilə əlaqədar Ukraynada münaqişədə yeni gərginlik yaranıb”.   ...