İşə düzəltmək adı ilə 100-dən çox vətəndaşı belə ALDATDILAR - RƏSMİ

İşə düzəltmək adı ilə 100-dən çox vətəndaşı belə ALDATDILAR - RƏSMİ

İşə düzəltmək adı altında 100-dən çox vətəndaşın pulunu ələ keçirən şəxslər saxlanılıblar.

 

Bu barədə Sfera.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib. Qeyd olunub ki, həyata keçirilən tədbirlər nəticəsində dələduzluq əməllərini törətməkdə şübhəli bilinən 36 yaşlı Zahid Muradov və 33 yaşlı Nailə Məmmədova saxlanılaraq istintaqa təqdim ediliblər.

 

“Araşdırmalarla müəyyən olunub ki, Z.Muradov və N.Məmmədova ilk olaraq “whatsapp” sosial şəbəkəsində saxta “işə düzəltmə” səhifələri yaradıblar. Özlərini vətəndaşlara səlahiyyətli şəxslər kimi təqdim edərək onlarda inam formalaşdırıblar. Sonrakı müddətdə isə həmin şəxsləri müxtəlif idarələrdə işlə təmin edəcəkləri adı altında aldadaraq zərərçəkənlərin pul vəsaitlərini ələ keçiriblər”.

 

Qurum qeyd edib ki, faktlarla bağlı cinayət işi başlanılıb, Xəzər Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.

 

 

Günay

 

Günay 


OXŞAR XƏBƏRLƏR

Qəzzada hakimiyyət kimdə olacaq? - AÇIQLAMA

İsrailin HƏMAS-ı Qəzza zolağından tamamilə çıxarmaq məqsədilə apardığı hərbi əməliyyatlar fonunda bölgənin gələcək idarəçiliyinin kimə və necə veriləcəyi beynəl...

Attestata səhv qiymət yazan direktor cəzalandırıldı

Ağsu rayon Dilman kənd tam orta məktəbinin direktoru cəzalandırılıb.   Sfera.az “Azərbaycan müəllimi”nə istinadən xəbər verir ki, buna sə...

Bu tarixdə ilin ən qısa gününü yaşayacağıq

Alimlər Yer kürəsinin fırlanma sürətinin gözlənilmədən artdığını açıqlayıblar. Bu, yaxın həftələrdə tarixin ən qısa gününün yaşanmasına səbəb ola bilər. &nbs...

Baş naziri öldürən, soyqırım iddiası yayan və... - Ləğv olmuş TERROR TƏŞKİLATLARI

Xəbər verdiyimiz kimi, Tam adı Kürdüstan Fəhlə Partiyası olan PKK 2025-ci ilin iyulunda özünü rəsmən buraxaraq, silahı yerə qoyacağını elan edib. &...

Küləkli hava ilə bağlı gəmilərə xəbərdarlıq edildi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı ...

Ədliyyə Nazirliyi ilə Milli Aviasiya Akademiyası arasında memorandum imzalandı - FOTOLAR

Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Mir Cəlal oğlu Paşayev ədliyyə naziri Fərid Əhmədovla görüşüb.   Sfera.az xəbər verir ki, görüş ...