Qardaş tələbə bacısını boğub öldürərkən anlaqsız vəziyyətdə olub


Qardaş tələbə bacısını boğub öldürərkən anlaqsız vəziyyətdə olub

Paytaxtın Sulutəpə qəsəbəsində bacısını boğaraq qətlə yetirən Həsən Kərimovun cinayət işi üzrə məhkəmə baxışı keçirilib.

 

Sfera.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin hadisəni törədərkən anlaqsız vəziyyətdə olması ilə bağlı ekspertizanın rəyi açıqlanıb.

 

Rəyə görə, Həsən Kərimov həqiqətən də bacısını boğarkən mübahisənin fonunda yaranmış psixi pozuntudan anlaqsız vəziyyətə düşərək hadisəni törədib. Dövlət ittihamçısı isə təqsirləndirilən şəxs barədə iki dəfə verilmiş ekspertiza rəyi arasında ziddiyyət olduğundan onun təkrar kompleks komission stasionar psixiatrik-psixoloji ekspertizasından keçirilməsinə görə vəsatət qaldırıb. Müdafiə tərəfi vəsatətin təmin olunmamasını istəsə də, qısa müşavirədən sonra prokurorun vəsatəti təmin olunub.

 

Qeyd edək ki, hadisə 2023-cü il oktyabrın 12-də saat 23 radələrində Binəqədi rayonunun Sulutəpə qəsəbəsində baş verib. 2003-cü il təvəllüdlü İlahə Kərimovanın ölməsi barədə Binəqədi Rayon Prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla 2004-cü il təvəllüdlü Həsən Kərimovun Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evlərindən birində aralarında yaranmış mübahisə zamanı bacısı İlahə Kərimovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, Həsən Kərimov şübhəli şəxs qismində tutulub.

 

Xatırladaq ki, İlahə Kərimova Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin tələbəsi olub. O, kollecin Peşə təlimi şöbəsinin Geyimlərin modelləşdirilməsi və konstruksiya edilməsi ixtisası üzrə təhsil alıb.


OXŞAR XƏBƏRLƏR

Aktaudan Bakıya üzən 4 nəfər imiş - FOTOLAR

Xəbər verdiyimiz kimi, tanınmış səyyahlar Karl Buşbi və Anjela Maksvel Xəzər dənizini üzüb keçərək Aktaudan Bakıya gəliblər.   Sfera.az xəbər verir k...

Dramatik hekayəsi ilə “Fil Adam” filminə ilham verən bəxtsiz adam - FOTO

Bir çoxumuz onu Devid Linçin 1980-ci ildə çəkdiyi “Fil Adam” filmindən tanıyırıq. Tibb elminin hələ o qədər də inkişaf etmədiyi bir vaxtda çox nadir...

Gündə 3 fincan qəhvə sizi bu xəstəliklərdən qoruyur -ARAŞDIRMA

Orta miqdarda qəhvə və kofeinin müntəzəm istehlakı diabet, koroner ürək xəstəliyi və insult da daxil olmaqla bir çox kardiometabolik xəstəliklərin inkişafına qa...

Milyarder tikintisinə 75 milyon dollar xərclədiyi iki malikanəni 4 milyon dollara satdı

Milyarder Ceyms Tana tərəfindən tikintisinin 75 milyon dollara başa gəldiyi bildirilən Banjup şəhərinin (Avstraliya) Coffee Road və Biniap Road üzərindəki sökük...

Qrenlandiya buzlarında görünən ruh: Haradan gəlib?

Bu hekayə 2011-ci ildə, Qrenlandiyanın peyk şəkillərində ilk dəfə qəfildən “ruh” göründüyü zaman başlayıb.   Sfera.az bildirir ki, “r...

Sığorta pulu almaq üçün dəfələrlə öldürülməyə çalışan adam: Maykl Malloy

1930-cu illərin əvvəllərində bir neçə dost bir plan hazırlayıblar. Onlar bədbəxt bir adam Maykl Malloyu öldürərək sığorta pulu almaq istəyiblər.   Laki...