Azərbaycanda sabiq vəzifəli şəxslər HƏBS EDİLDİLƏR - RƏSMİ

Azərbaycanda sabiq vəzifəli şəxslər HƏBS EDİLDİLƏR - RƏSMİ

Aksizsiz malları və dərman vasitələrini qaçaqmalçılıq yolu ilə ölkəyə gətirməkdə təqsirləndirilən şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib.

 

Bu barədə Sfera.az-a Baş Prokurorluqdan məlumat verilib.

 

Qeyd olunub ki, Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin Samur gömrük postunun böyük inspektoru Nəsibov Tural Yurik oğlu və digərlərinin qanunsuz əməlləri ilə bağlı həmin qurumdan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş cinayət işinin istintaqı tamamlanıb.

 

“İbtidai istintaqla Tural Nəsibovun qeyd olunan vəzifədə işləyərkən tanışları Ramazanov Tehran Xəlil oğlu və Babayev Cavid Şəmistan oğlu ilə qabaqcadan əlbir olaraq dövlət qeydiyyatından keçirilməyən külli miqdarda dərman vasitələrini, habelə külli miqdarda aksiz markası ilə idxal olunmalı malları bəyan etməyərək qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.

 

Toplanmış sübutlar əsasında Tural Nəsibov, Tehran Ramazanov və Cavid Babayevə müvafiq olaraq Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda dərman vasitələrinin qanunsuz dövriyyəsi), 206.3.2, 206.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə qaçaqmalçılıq), 213-1.2.1 və 213-1.2.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan qanunsuz dövriyyəsi) maddələri ilə ittiham elan edilib”.

 

Qurum əlavə edib ki, iş üzrə Tehran Ramazanov barəsində polisin nəzarəti altına vermə, Tural Nəsibov və Cavid Babayev barəsində isə məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib. 

 

Günay 


OXŞAR XƏBƏRLƏR

İşə düzəltmək adı ilə 100-dən çox vətəndaşı belə ALDATDILAR - RƏSMİ

İşə düzəltmək adı altında 100-dən çox vətəndaşın pulunu ələ keçirən şəxslər saxlanılıblar.   Bu barədə Sfera.az-a DİN-in mətbuat xidmətindən məlumat ...

Emin Əmrullayev: "Azərbaycanda ilk dünyəvi məktəb məhz Şuşada açılıb"

Azərbaycanda ilk dünyəvi məktəb məhz Şuşada açılıb, Şuşa məktəbi Azərbaycan təhsil sistemi üçün də önəmli, tarixi məkandır.   Sfera.az-ın məlumatına ...

Azərbaycanın ixracı azaldı, idxalı artdı - Profisitin kiçilməsinə SƏBƏB NƏDİR?

2024-cü ildə Azərbaycanın ixracının azalması fonunda idxalının artması xarici ticarət əməliyyatlarında profisitin (müsbət fərqin) xeyli kiçilməsinə səbəb olub. ...

MSK-nın iclası keçirilir, növbədənkənar parlament seçkilərinə yekun VURULACAQ

Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilir.   Sfera.az xəbər verir ki, MSK sədri Məzahir Pənahovun sədrliyi ilə baş tutan toplantıda əvvəlcə...

Nazir: "Türkiyə ilə müdafiə sənayesi sahəsində əməkdaşlıq etmək istəyənlər var"

Dünyada Türkiyə ilə müdafiə sənayesi sahəsində əməkdaşlıq etmək istəyənlər var.   Sfera.az xəbər verir ki, bunu Türkiyənin ticarət naziri Ömer Bolat ...

Ağadadaş Ağayev məhkəməyə verildi - Banka olan borcunu... - TƏFƏRRÜAT

Xalq artisti Ağadadaş Ağayev yeni qalmaqalla üzləşib və barəsində məhkəmə qərarı çıxarılıb.   Sfera.az Gününsəsi.info-ya istinadən xəbər verir ki, Xa...