Logo

Azər İsmayılovla bağlı hökmdən protest verildi - RƏSMİ

Azər İsmayılovla bağlı hökmdən protest verildi - RƏSMİ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Prokuror bir milyon manatdan çox dələduzluqda təqsirləndirilən və bəraət alan şəxslə bağlı hökmdən protest verib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Sfera.az-a bildirilib ki, bəzi sosial media səhifələrində İsmayılov Azər Sərhəd oğlu barəsində Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən bəraət hökmü çıxarılması barədə məlumatlar yayılıb.

Bildirilib ki, Azər İsmayılovun Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi Binəqədi RPİ-də istintaq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər məhkəməsinə göndərilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 avqust 2024-cü il tarixli hökmü ilə Azər İsmayılova bəraət verilib, qeyd edilən bəraət hökmündən sentyabrın 3-də dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilib.

Xatırladaq ki, bir müddət əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 1 milyon 200 min manat dələduzluqda ittiham olunan Azər İsmayılovun məhkəməsi keçirilib.İttihama görə, Azər İsmayılov xarici ölkələrdən ölkəmizə ət və ət məhsullarının tədarükü ilə məşğul olub.İş üzrə 8 zərərçəkən şəxs olub. Azər İsmayılov həmin şəxslərin etibarından sui-istifadə edərək onların pulunu mənimsəməkdə təqsirləndirilib.Azər İsmayılova qarşı Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.Bakı Ağır Cinayətlər Məhkəməsi Cinayət Prosessual Məcəlləsinin 42.1.2-ci maddəsinə əsasən, əməldə cinayət tərkibi müəyyən edilmədiyindən Azər İsmayılov barəsində bəraət hökmü çıxarılıb.Hökmlə razılaşmayan dövlət ittihamçısı tərəfindən hökmdən apellyasiya protesti verib.

Firuzə Əliyeva

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR