DİN və DSX-dən BİRGƏ ƏMƏLİYYAT: Saxlanılanlar var - FOTOLAR

DİN və DSX-dən BİRGƏ ƏMƏLİYYAT: Saxlanılanlar var - FOTOLAR

Daxili İşlər Nazirliyi (DİN) və Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının (DSX) birgə keçirdikləri növbəti xüsusi əməliyyat nəticəsində qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən külli miqdarda narkotik vasitələrin dövriyyəyə buraxılmasının qarşısı alınıb.

 

Bu barədə Sfera.az-a DİN-nin mətbuat xidmətindən məlumat verilib. Qeyd olunub ki, daxil olmuş məlumat əsasında Sabunçu rayonunda polis və sərhədçilər tərəfindən keçirilən tədbirlərlə Əzəmət Əhmədzadə və tanışı əvvəllər də narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Şərif Məmmədov saxlanılıblar. 

 

“Ə.Əhmədzadənin idarə etdiyi nəqliyyat vasitəsindən 23 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana aşkarlanıb. Şübhəli şəxslər narkotikləri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsi ilə paytaxt ərazisində gizlədilən yerdən əldə etdiklərini bildiriblər”.

 

DİN həmçinin bildirib ki, faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, onlar barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

Günay  


OXŞAR XƏBƏRLƏR

Kreditlə avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ

2025-ci ilin birinci rübündə Azərbaycanda avtomobil kreditlərinin orta illik faiz dərəcəsi 12 faiz təşkil edib. Bu, ötən ilin sonundakı göstəricidən 2 faiz yüks...

İnanmaq çətin olsa, doğrudur: Keniyada kasıb gənclərdən böyrəklər alınır

Orqan almaq üçün illərlə gözləmək olduqca qorxulu səslənir, elə deyilmi? Bu uzun gözləməyə dözə bilməyən bəzi alman xəstələr Keniyaya getməyi seçirlər. Keniyada...

Məzahir Pənahovun oğlu boşanmaq istəmir, qızılları da qaytarmır

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun gəlini H. Pənahovanın əri tərəfindən şiddətə məruz qalması ilə bağlı açıqlaması geniş müzakirə mövzusuna çe...

100 il əvvəlki şəkillə oxşarlıq ailəni şoka saldı

ABŞ-ın Massaçusets ştatından olan Kortni və Stiven DeFusko oğullarının üzünə baxanda onun kimə oxşadığını aydınlaşdıra bilməyiblər, ta ki köhnə fotoşəkil nəsill...

Anadangəlmə görmə qüsuru olan insanlar şizofreniyadan əziyyət çəkmirlər

Doğuşdan görmə qüsuru olan insanların şizofreniya keçirmədiyini eşidəndə təəccüblənirsiniz? Lakin elm adamları bu nöqtədə mühüm bir həqiqəti aşkar ediblər. Çünk...

Toy üçün "uyğun olmayan ay" - Xalq arasında yayılmış inancın sirri

Elimizdə qədim və gözəl bir adət var - toy mərasimi. İki insanın taleyini birləşdirdiyi, yaxınların və doğmaların bu xoş gün ətrafında toplandığı ailəvi bir ənə...