Logo

Göyçayda QƏTL: 17 yaşlı gənc SAXLANILDI

Göyçayda QƏTL: 17 yaşlı gənc SAXLANILDI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Göyçayda cinayət hadisəsi qeydə alınıb.

Bu barədə Sfera.az-a Göyçay rayon prokurorluğundan məlumat verilib.

Qeyd olunub ki, hadisə avqustun 15-də saat 04 radələrində baş verib:

“Göyçay rayonu ərazisində 1998-ci il təvəllüdlü Hüseyn Feyzullayevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.  Araşdırmalarla 2007-ci il təvəllüdlü Səid Bayramlının aralarında yaranmış mübahisə zamanı kəsici-deşici alətlə çoxsaylı xəsarətlər yetirərək Hüseyn Feyzullayevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib”.

Prokurorluğun məlumatına görə, faktla bağlı Göyçay rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Səid Bayramlı iş üzrə şübhəli şəxs qismində tutulub.

Günay

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR