Sumqayıtda kişi qardaşının arvadını QƏTLƏ YETİRİB

Sumqayıtda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.
Bu barədə Sfera.az-a Sumqayıt şəhər prokurorluğundan məlumat verilib. Bildirilib ki, avqustun 9-da saat 12 radələrində Sumqayıt şəhərində yerləşən xəstəxanalardan birində müalicə alan 2001-ci il təvəllüdlü Cəmilə Rəsulovanın öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
“Araşdırmalarla 1998-ci il təvəllüdlü İsrail Rəsulovun bıçaqla xəsarət yetirərək qohumu (qardaşı arvadı) Cəmilə Rəsulovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır”.
Qurumun məlumatına görə, İsrail Rəsulov iş üzrə şübhəli şəxs qismində tutulub.
Günay