Oğurluq edən Çin vətəndaşları SAXLANILDI - FOTO

Oğurluq edən Çin vətəndaşları SAXLANILDI - FOTO

İyulun 17-də Abşeron rayonu Saray qəsəbəsində yerləşən evlərdən birindən içərisində 130.000 ABŞ dolları və 700 qram qızl-zinət əşyaları olan seyfin oğurlanması barədə polisə məlumat daxil olub.

 

Sfera.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Çin Xalq Respublikasının vətəndaşları — V.Zhijian və V.Hongfu ölkədən çıxmağa cəhd edərkən polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıblar. 

 

Onların üzərindən 17.306 dollar, 9586 BƏƏ dirhəmi, müxtəlif xarici valyutalarda olan pul əskinasları və 147 qram qızıl-zinət əşyaları aşkar edilərək götürülüb.

 

"Oğurlanan pul və zinət əşyalarının yerinin müəyyən edilməsi istiqamətində tədbirlər görülür. Faktla bağlı Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, şübhəli şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda iş üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir", - məlumatda qeyd edilib.

 

Ülkər Aburahmanlı

 

 

 


OXŞAR XƏBƏRLƏR

Tramp Rusiya və Ukrayna arasında tam atəşkəsin əldə olunmasında israr edir

Prezidenti Donald Tramp Rusiya və Ukrayna arasında qeyri-müəyyən müddətə atəşkəsə nail olmağın zəruriliyini bildirib.   Sfera.az xəbər verir ki, bunu...

"Əli Mirəliyev normal danışa bilmir" - VİDEO

Hazırda xəstəxanada müalicə olunan müğənni Əli Mirəliyev "Elgizlə İzlə" verilişində ittiham olunub. Sfera.az xəbər verir ki, proqramın aparı...

Fransada müsəlman gənc öldürüldü: Yüzlərlə insan etiraza başladı - VİDEO

Fransanın paytaxtı Parisdə yüzlərlə insan islamofobiyaya göz yumulmasına qarşı keçirilən etiraz aksiyasına qoşulub.   Sfera.az xəbər verir ki, a...

Yeni Papa bu tarixdə seçiləcək

Yeni Papanın seçilməsi üzrə konklav mayın 7-də toplanacaq.   Sfera.az xəbər verir ki, bunu Müqəddəs Taxt-Tacın mətbuat xidmətinin rəhbəri Matteo...

İran Prezidenti Fəxri xiyabanda olub

Azərbaycanda rəsmi səfərdə olan İran Prezidenti Məsud Pezeşkian bu gün Fəxri xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məz...

“Bu faciəyə baxmayaraq, Pezeşkian Azərbaycana öz səfərini gerçəkləşdirir”

“Mən heç şübhə etmirəm ki, bu səfər bizim münasibətlərimizin inkişafında çox önəmli rol oynayacaq. Biz Prezident Pezeşkianı səbirsizliklə gözləyirdik. Çox...