Avtoxuliqanlıq hərəkətləri edənlərlə bağlı tədbirlər görüldü

Avtoxuliqanlıq hərəkətləri edənlərlə bağlı tədbirlər görüldü

Paytaxtda sürücülük hüququ olmayan yeniyetmələrin “Son zəng” günü avtoxuliqanlıq hərəkətləri ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər araşdırılıb.

 

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən Sfera.az-a verilən məlumata görə, paytaxtın Səbail rayonunda məktəblərdən birinin məzunlarının idarə etdikləri müxtəlif markalı 14 avtomobil müəyyənləşdirilərək müvəqqəti mühafizə olunan duracağa yerləşdirilib.

 

“Son zəng” günü gücləndirilmiş iş rejimdə xidmət aparan polis əməkdaşları tərəfindən sürücülük hüququ olmadan idarə olunan 80-dən artıq nəqliyyat vasitəsi saxlanılaraq barələrində inzibati tənbeh tədbirləri tətbiq edilib.

 

Həmin günü paytaxt ərazisində yeniyetmələrin iştirakı ilə hər hansı yol-nəqliyyat hadisəsi qeydə alınmayıb.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR