Xırdalanda binadan atılan 22 yaşlı qadın öldü, əri saxlanıldı- YENİLƏNDİ

Xırdalanda binadan atılan 22 yaşlı qadın öldü, əri saxlanıldı- YENİLƏNDİ

Abşeron rayonun Xırdalan şəhərində çoxmərtəbəli binanın pəncərəsindən atıldığı bildirilən qadın ölüb.

 

Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, bu gün səhər saatlarında Abşeron rayonu Gənclər şəhərciyində 2002-ci il təvəllüdlü A.Kazımovanın yaşadığı mənzilin eyvanından yerə düşərək ölməsi barədə polisə məlumat daxil olub.

 

Aparılan araşdırmalar zamanı A.Kazımovanın həyat yoldaşı 2002-ci il təvəllüdlü Hüseyn Kazımov tərəfindən qısqanclıq zəminində aralarında yaranan mübahisə zamanı qəsdən mənzildən yerə atıldığı müəyyən edilib. H.Kazımov polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalar aparılır.

 

***

12:33

 

Qəsdən adam öldürməyə cəhd etməkdə şübhəli bilinən şəxs tutulub.

 

Bu barədə Sfera.az-a Abşeron rayon prokurorluğundan məlumat verilib. Bildirilib ki, iyulun 23-ü saat 07 radələrində 2002-ci il təvəllüdlü Ayşən Kazımovanın Abşeron rayonu Xırdalan şəhəri ərazisində hündürmərtəbəli binadan yıxılması barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Araşdırma zamanı 2002-ci təvəllüdlü Hüseyn Kazımovun aralarında yaranmış mübahisə zamanı arvadı Ayşən Kazımovanı yaşadıqları mənzilin pəncərəsindən yerə atması nəticəsində sonuncunun çoxsaylı bədən xəsarətləri almasına əsaslı şübhələr müəyyən edilib.

 

Ayşən Kazımova xəstəxanaya yerləşdirilib, vəziyyəti hazırda ağır qiymətləndirilir. Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb.

 

Hüseyn Kazımov iş üzrə şübhəli şəxs qismində tutulub.

 

Firuzə Əliyeva

 

 


OXŞAR XƏBƏRLƏR