Tanışını qətlə yetirən şəxsin ibtidai istintaqı BAŞA ÇATDI

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib.
Bu barədə Sfera.az-a Gəncə şəhər prokurorluğundan məlumat verilib. Bildirilib ki, cari il yanvarın 25-də Gəncə şəhər sakini 1986-cı il təvəllüdlü Vasif Həsənovun öldürülməsi faktı üzrə şəhər prokurorluğunda başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.
”İbtidai istintaqla 1996-cı il təvəllüdlü Yaqub Həsənovun tanışı Vasif Həsənov ilə aralarında yaranmış mübahisə zamanı sonuncunu yaxın qohumlarının gözləri qarşısında bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Yaqub Həsənova Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsilə yekun ittiham elan edilib, müstəntiqin vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən rayon prokurorunun təqdimatı əsasında barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib”, - qurum qeyd edib.
Günay