Logo

Korrupsiya ilə bağlı 111 cinayət işinin ibtidai istintaqı tamamlandı

Korrupsiya ilə bağlı 111 cinayət işinin ibtidai istintaqı tamamlandı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 2024-cü ilin altı ayı ərzində 150 şəxs barəsində 111 cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Sfera.az xəbər verir ki, bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 2024-cü ilin I yarımilinə həsr olunmuş əməliyyat müşavirəsində bildirilib.

Qeyd edilib ki, bu çərçivədə 122 şəxs barəsində 93 cinayət işi baxılması üçün məhkəmələrə göndərilib:

“Məhkəmələrə göndərilmiş cinayət işlərinin mütləq əksəriyyəti üzrə ittiham hökmləri çıxarılıb, qalanları isə hazırda məhkəmə baxışındadır”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR