Azərbaycanda 80-ə yaxın vətəndaşın pulu bu yolla ələ keçirildi - FOTO

Azərbaycanda 80-ə yaxın vətəndaşın pulu bu yolla ələ keçirildi - FOTO

Vətəndaşların kart hesablarından vəsaitləri ələ keçirən şəxslər saxlanılıb.

 

Bu barədə Sfera.az-a DİN-nin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində internet üzərindən vətəndaşların pul vəsaitlərini ələ keçirən Əhməd Məmmədov və Etibar Vəliyev saxlanılıblar.

 

“Həmin şəxslərin ətrafında aparılan tədbirlərlə məlum olub ki, onlar vətəndaşların kart məlumatlarını ələ keçirmək məqsədilə müxtəlif markalı avtomobillərin şəkillərini və məlumatlarını özlərinə məxsus nəqliyyat vasitəsi kimi təqdim edərək, həmin nəqliyyat vasitələrinin dəyərindən qat-qat ucuz qiymətə satılması barədə elan saytlarında məlumatlar yerləşdiriblər. Daha sonra isə onlara zəng edən müştərilərlə satış qiyməti barədə razılığa gələrək alıcıların kart məlumatlarını əldə ediblər. Həmin şəxslərin pul vəsaitlərini “Card to card” əməliyyat sistemi ilə hesablarına köçürüblər. Araşdırmalar zamanı saxlanılan şəxslərin 80-ə yaxın vətəndaşa maddi ziyan vurduqları məlum olub”.

 

Qurum əlavə edilib ki, faktlarla bağlı Baş İdarədə cinayət işi başlanılıb:

 

“Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib”.

 

Günay


OXŞAR XƏBƏRLƏR