Logo

Yeni doğulan uşağın ölüm səbəbi nə olub? - RƏSMİ AÇIQLAMA

Yeni doğulan uşağın ölüm səbəbi nə olub? - RƏSMİ AÇIQLAMA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Baş prokurorluq Masallıda körpəsi ölü doğulan 17 yaşlı qızla bağlı məlumat yayıb.

Sfera.az bildirir ki, qurumun məlumatına görə, sözügedən faktla bağlı Masallı rayon prokurorluğunda araşdırma aparılır.

“İyulun 16-da Masallı rayon sakini 2007-ci il təvəllüdlü Səfurə Qubadovanın 40 həftəlik dölün baş gəlişi, doğuşun 1-ci dövrü, ölü döl diaqnozu ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına daxil olması faktı ilə bağlı Masallı rayon prokurorluğunda araşdırma aparılır”, - Baş prokurorluq qeyd edib.

Xatırladaq ki, Masallı rayonu, Təklə kənd sakini, 2007-ci il təvəllüdlü Səfurə Elvin qızı Qubadova 40 həftəlik dölün bətndaxili ləngiməsi, dölyanı mayenin azlığı diaqnozu ilə Masallı Rayon Mərkəzi Xəstəxanasının Doğuş və ginekologiya şöbəsinə daxil olub.

TƏBİB-in məlumatına görə, şəxs müayinə olduqdan sonra daha ixtisaslı tibbi yardım üçün təcili tibbi yardım ilə saat 15:45-də Lənkəran Regional Perinetal Mərkəzə göndərilib: “Pasiyent qeyd olunan xəstəxanada yatmaqdan imtina edib. Saat 05:30-da cinsi qız, çəkisi 2.8 kq, boyu 49 sm çəkidə ölü uşaq doğulub”.

Türkan

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR