Ağır cinayət törətmiş 119 kriminal qrup zərərsizləşdirilib - RƏSMİ

Ağır cinayət törətmiş 119 kriminal qrup zərərsizləşdirilib - RƏSMİ

Mütəşəkkil cinayətkarlıqla mübarizə tədbirləri çərçivəsində 356, o cümlədən ağır və xüsusilə ağır cinayətlər törətmiş 119 kriminal qrup zərərsizləşdirilib, qanunsuz olaraq odlu silah saxlayan və daşıyan 179 nəfər cinayət məsuliyyətinə cəlb edilib.

 

Sfera.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyində 2024-cü ilin 6 ayında əməliyyat-xidməti fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş Kollegiya iclasında bildirilib.

 

Diqqətə çatdırılıb ki, qeyri-leqal dövriyyədən 2 ton 844 kiloqram narkotik vasitə çıxarılıb və 296 tondan artıq narkotik xassəli bitki aşkarlanaraq məhv edilib.

 

Vətəndaşların qəbulu və müraciətlərinə baxılması sahəsində mühüm vəzifələrin icrasının davamlı nəzarətdə olduğu, bu baxımdan mediada qabaqcadan məlumat verilməklə 2764 şəxsin qəbul edildiyi və qaldırılan məsələlərin əksəriyyətinin öz qanuni həllini tapdığı vurğulanıb.


OXŞAR XƏBƏRLƏR

Marketlərdəki dondurmalar keyfiyyətlidir? - AQTA-dan CAVAB

Yay mövsümündə sərinlədici təsirə malik olan və xüsusilə uşaqların, eləcə də böyüklərin sevimli qidasına çevrilən dondurma məhsulları əhali arasında geniş isteh...

İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Şuşa rayonunun Daşaltı kəndində - FOTO

İyulun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Şuşa rayonunun Daşaltı kəndin...

İstilər 41 dərəcəyə çatanda, bu yerlərdə işlər dayandırılmalıdır! - RƏSMİ

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 233-cü maddəsinə əsasən, işçilər havanın temperaturu azı 41 dərəcə selsidən çox olan isti və açıq şəraitli iş yerlə...

"İran Prezidentinin maşınına benzin əvəzi su vuruldu və yolda..."

İran Prezidenti Məsud Pezeşkian qeyri-rəsmi səfər çərçivəsində Təbrizə gedərkən  qeyri-adi vəziyyətlə üzləșib.    Sfera.az xəbər verir ki P...

Bu bürclər üçün həyat yenidən başlayır

2025-ci ilin iyul ayı bəzi bürclər üçün dönüş nöqtəsi gətirəcək.   Sfera.az xəbər verir ki, dəyişikliklər karyeraya, şəxsi münasibətlərə və ya d...

Laçındakı yanğına görə 3 nəfər məsuliyyətə cəlb olundu

İyulun 16-da Laçın rayonunun Hoçaz və Mollalar kəndləri ətrafında dağlıq ərazidə baş vermiş meşə yanğını ilə bağlı aparılmış araşdırmalar nəticəsində yanğın had...