Süni intellektin ələ keçirə bilməyəcəyi 3 peşə

Süni intellektin ələ keçirə bilməyəcəyi 3 peşə

“Microsoft” şirkətinin həmtəsisçisi Bill Qeyts bu yaxınlarda "OpenAI" şirkətinin CEO-su Sam Altman ilə podkast yazdı. İkili süni intellektin faydaları və zərərləri haqqında danışıblar.

 

Sfera.az xəbər verir ki, Bill Qeytsin açıqlamalarına görə, universitetə ​​daxil olan gənclər üçün ən yaxşı üç karyera planı bunlardır: alternativ enerji, sağlamlıq bioelmləri və inkişaf edən süni intellektin özü ilə əlaqəli sahələr.

 

Milyarder iş adamının sözlərinə görə, bu üç sahə süni intellektin insanların əlindən ala bilmədiyi biznes qollarıdır.

 

Bill Qeyts deyib ki, səhiyyə və alternativ enerji sahələrində iş yerləri süni intellektin gələcəyi üçün ən vacib və tətbiq oluna bilən sektorlardır.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR