Dövlətə 1.7 milyon zərər vuran baş həkimlə bağlı YENİ XƏBƏR 

Dövlətə 1.7 milyon zərər vuran baş həkimlə bağlı YENİ XƏBƏR 

Dövlətə 1.6 milyon manat dəyərində zərər vurmaqda, eləcə də Bakıda müğənniyə qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Sabunçu rayonu 21 saylı Birləşmiş Şəhər Xəstəxanasının keçmiş baş həkimi Rauf İsfəndiyarovun cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

 

Sfera.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə prokuror Ziya Mansurov ittiham aktını elan edib.

 

İttiham aktında qeyd olunub ki, Rauf İsfəndiyarov 2011-ci il oktyabrın 27-dən Laçın Rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsində işləyərkən 2016-cı ilin iyulundan başlayaraq 2017-ci ilin mayınadək olan müddətə öz qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş 2 170 manat məbləğində pul vəsaitini israf etmə yolu ilə talayıb.

 

Bundan başqa, o, 2017-ci il aprelin 28-dən 21 nömrəli Birləşmiş şəhər Xəstəxanasının baş həkimi vəzifəsində işlədiyi müddətdə öz qulluq mövqeyindən istifadə edərək aldatma ve etibardan sui-istifadə etmə yolu ilə müğənni Dəniz Əsədovaya məxsus 260 min manat və 59 min 500 manat məbləğində pul vəsaitlərini 2018-ci ilin aprelində ələ keçirərək təkrarən dələduzluq edib.

 

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs qulluq mövqeyindən istifadə edərək 136 şəxsə əlillik dərəcəsinin təyin edilməsinə və pensiya teminatı, sosial müavinət və qulluğa görə ödəniş qismində onların hesablarına kömək edəcəyi vədi verərək ümumilikdə 1 milyon 646 min 337 manat 52 qəpik məbləğində pul vəsaiti ziyan vurub. R.İsfəndiyarov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək tamah niyyətilə rəsmi sənədə və informasiya resursuna bilə-bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmiş, müəyyən tibb müəssisələrinin vəzifəli şəxslərin vahid tamah niyyətilə rəsmi sənədə və informasiya resursuna bilə-bilə yalan məlumatlarını daxil etməklə vəzifə saxtakarlığı edib.

 

Məhkəmənin növbəti iclası martın 19-na təyin edilib.

 

Qeyd edək ki, Rauf İsfəndiyarova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq - külli miqdarda ziyan vurmaqla), 179.2.3-cü (mütəşəkkil dəstə tərəfindən və külli miqdarda mənimsəmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 32.4.308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə təhrik etmə), 311.3.2-ci (rüşvət alma təkrar törədildikdə), 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma), 313, 32.4.313-cü (vəzifə saxtakarlığına təhrik etmə) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb. (Report)


OXŞAR XƏBƏRLƏR

Qəza yerindən növbəti görüntülər - VİDEO

İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin qəzaya uğradığı ərazidən növbəti görüntülər yayılıb.   Sfera.az həmin görüntüləri təqdim edir: ...

“Türk Hava Yolları” 2033-cu ilədək olan inkişaf planlarını açıqladı

Türkiyənin milli aviadaşıyıcısı olan “Türk Hava Yolları” (Turkish Airlines) şirkəti cümhuriyyətin 110 illiyinin geniş qeyd olunacağı 2033-cü ilə qəd...

Rəisinin olduğu helikopteri axtaran xilasedicilər itkin düşdü

İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin axtarışına çıxan Qızıl Aypara Cəmiyyəti qruplarının 3 xilasedici üzvü itkin düşüb.   Sfera.az ax...

Maqnit qasırğaları zamanı edilən səhvlər SADALANDI

Maqnit qasırğaları zamanı hər hansı stimulyatorlardan istifadəni və siqaret çəkməyi dayandırmaq lazımdır.   Sfera.az lent.az-a istinadən xə...

İlham Əliyev İbrahim Rəisinin qəzaya düşməsi ilə pağlı paylaşım etdi

Azərbaycan prezidenti İlham Əliyev İbrahim Rəisinin helikopterinin qəza enişi etməsindən narahatlığını bildirib.   Sfera.az xəbər verir ki, Prezident...

KİV: Xamenei Təhlükəsizlik Şurasının iclasını keçirib

İran lideri Ayətullah Əli Xamenei Prezident İbrahim Rəisinin helikopterinin qəzaya uğraması xəbərindən sonra ölkənin Təhlükəsizlik Şurasının fövqəladə iclasını ...