Qayınatasını öldürən kürəkənə 18 il doqquz ay həbs verildi

Qayınatasını öldürən kürəkənə 18 il doqquz ay həbs verildi

Ötən ilin iyun ayında Biləsuvar rayonunun Nəsimi kəndi ərazisində qayınatasını amansızlıqla qətlə yetirən 1991-ci il təvəllüdlü Elşən Şəbiyevə hökm oxunub.

 

Sfera.az xəbər verir ki, 1969-cu il təvəllüdlü Azad Almasovu qətlə yetirmiş şəxs - Elşən Şəbiyev Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4, 133.1, 134 və 221.2.2-ci (xuliqanlıq niyyəti və xüsusi amansızlıqla adam öldürmə, əzab vermə, xuliqanlıq) maddələri ilə ittiham edilib.

 

Araşdırmalar zamanı məlum olub ki, E.Şəbiyev 2016-cı ildə A.Almasovun qızı ilə ailə həyatı qurub. O, 2017-ci ildən mütəmadi olaraq yaşadığı evdə həyat yoldaşına müxtəlif bəhanələrlə dəhşətli işgəncələr verib. Elşən həyat yoldaşının bədəninə dəfələrlə kəsici alət batırıb, onun başını betona çırpıb, əllərini arxadan ayaqqabı ipi ilə bağlayaraq ağlasığmaz formada əzab verib.

 

Nəhayət, 2023-cü ildə E.Şəbiyevin həyat yoldaşı növbəti belə hadisələrin birindən sonra evdən gedib və polisə müraciət edib. Biləsuvar Rayon Məhkəməsi E.Şəbiyevi Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə təqsirli bilib və onun azadlığını məhdudlaşdıraraq üzərinə elektron nəzarət cihazı yerləşdirib. Bundan əsəbiləşən E.Şəbiyev qayınatası A.Almasovu ailə işlərinə qarışmaqda günahlandırıb.

 

Taksi sürücüsü kimi çalışan A.Almasov 8 iyun saat 16:35 radələrində Elşənin istəyi ilə Biləsuvar-Bəhrəmtəpə yolunun 12-ci kilometrində, yol kənarında onunla görüşüb. Bu zaman Elşən hücum edərək özü ilə gətirdiyi bıçaqla qayınatasına çoxsaylı xəsarətlər yetirib. Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən kişi 3 gün sonra ölüb.

 

Məhkəmədə A.Almasovun ailə üzvləri Elşənə ən ağır cəza olan ömürlük həbs cəzası tələb ediblər.

 

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmlə təqsirləndirilən şəxsə 18 il 9 ay həbs cəzası verilib.(qafqazinfo)


OXŞAR XƏBƏRLƏR

Maqnit qasırğaları zamanı edilən səhvlər SADALANDI

Maqnit qasırğaları zamanı hər hansı stimulyatorlardan istifadəni və siqaret çəkməyi dayandırmaq lazımdır.   Sfera.az lent.az-a istinadən xə...

“Türk Hava Yolları” 2033-cu ilədək olan inkişaf planlarını açıqladı

Türkiyənin milli aviadaşıyıcısı olan “Türk Hava Yolları” (Turkish Airlines) şirkəti cümhuriyyətin 110 illiyinin geniş qeyd olunacağı 2033-cü ilə qəd...

Rəisinin olduğu helikopteri axtaran xilasedicilər itkin düşdü

İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin axtarışına çıxan Qızıl Aypara Cəmiyyəti qruplarının 3 xilasedici üzvü itkin düşüb.   Sfera.az ax...

İlham Əliyev İbrahim Rəisinin qəzaya düşməsi ilə pağlı paylaşım etdi

Azərbaycan prezidenti İlham Əliyev İbrahim Rəisinin helikopterinin qəza enişi etməsindən narahatlığını bildirib.   Sfera.az xəbər verir ki, Prezident...

KİV: Xamenei Təhlükəsizlik Şurasının iclasını keçirib

İran lideri Ayətullah Əli Xamenei Prezident İbrahim Rəisinin helikopterinin qəzaya uğraması xəbərindən sonra ölkənin Təhlükəsizlik Şurasının fövqəladə iclasını ...

Rəisi: Bizim üçün ən vacib məsələ ölkələrimizin maraqlarıdır

Energetika, nəqliyyat, mədəniyyət, iqtisadiyyat, ticarət sahələrində əlaqələr ölkələrimizin xalqlarının mənafeyinə xidmət etməlidir. Bizim üçün ən vacib məsələ ...