Koronavirusun daha bir növü aşkarlandı - 46 mutasiyanı özündə birləşdirir

Koronavirusun daha bir növü aşkarlandı - 46 mutasiyanı özündə birləşdirir
COVID-19-un daha bir ştamı müəyyən edilib.
 
Sfera.az bildirir ki, Fransada 46 mutasiyanı özündə birləşdirən yeni növ aşkarlanıb. Hazırda Ümumdünya Səhiyyə Təşkilatının siyahısında olmayan varianta "İHU” adı verilib. Qeyd edilib ki, yeni ştamın yoluxma sürəti yüksəkdir və vaksinə qarşı müqaviməti güclüdür.

"B.1.640.2.” olaraq bilinən variantın ilk dəfə 10 dekabr, 2021-ci ildə  "Méditerranée Infection University Hospital Institute” (İHU) qurumundakı elm adamları tərəfindən Alpes-de-Haute bölgəsindəki xəstələrin analizi zamanı müəyyən edildiyi bildirilib. Məlumata görə, həmçinin Marsel bölgəsi yaxınlığında da yeni növə 12 yoluxma faktı aşkarlanıb.

Qurumun şöbə müdiri Filipp Kolsonun sözlərinə görə, ilk yoluxma faktı noyabr ayında Afrika ölkəsi olan Kamerundan qayıdan bir kişidə qeydə alınıb. "Qayıdandan 3 gün sonra koronavirus testi müsbət çıxan xəstədə orta dərəcədə tənəffüs çətinliyi yaranıb”, - deyə Kolso əlavə edib.

Digər tərəfdən variant üzərində aparılan sınaqlar zamanı 46 mutasiya arasında E484K və N501Y mutasiyaları aşkar edilib. Buna baxmayaraq, elm adamları hesab edirlər ki, "İHU” ştamının mövcudluğuna yalnız 12 yoluxma faktı əsasında qərar vermək olmaz. Hazırda Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) siyahısında olmayan varianta Fransa hüdudlarından kənarda rast gəlinməyib.

Günay Rəsulqızı
Sfera.az

 

 


Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

“Omikron son variant deyil, daha ölümcül mutasiyalar yarana bilər” – ÜST-dən AÇIQLAMA

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Omikronun son variant olmadığını bildirib. Sfera.az xəbər verir ki, İsveçrənin Cenev...

Karantin müddəti niyə 7 günə qədər azaldıldı? – AÇIQLAMA

Azərbaycanda bu gündən etibarən test nəticəsi pozitiv çıxanların və onlarla təmasda olmuş şəxslərin təcrid (karantin) müddəti 14 gündən 7 günə qədər azaldılıb...

"Aprelin birinci on günlüyünə qədər özünüzü qoruya bilsəniz..." - Professordan "Omicron" xəbərdarlığı

"Bu gün böyük əksəriyyət "qrippoz” vəziyyətdədir. Lakin bu halın "Omicron” ştamı ilə birbaşa bağlılığı yoxdur”.   Sfera.az bildirir ki, bunu tibb elmləri...

Səhiyyə Nazirliyi "Omikron"la bağlı əhaliyə yenidən çağırış etdi

Səhiyyə Nazirliyi "Omikron"la bağlı əhaliyə yenidən çağırış edib. Sfera.az xəbər verir ki, çağırışda koronavirusun "Omikron” mutasiyasının genetik xüsusiy...

"Koronavirusun hər ay 2 yeni ştamı meydana gələcək" - Professordan AÇIQLAMA

"COVİD-19-dan ümumi ölüm 1,79%-dir. "Omikron”dan ölüm isə 0,1-0,4% nisbətindədir. Yəni digər ştamlarla müqayisədə 6-18 dəfə və ya 75% az". Sfera.az bildir...

“İnsan orqanlarını sata və ya hədiyyə verə bilər” - Hacı Surxay

2022-ci ilin yanvarın 1-dən Azərbaycanda "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun qüvvəyə minib. Bu isə mövzunun sosial şə...