Koronavirusdan qorunmağın asan yolu - Cəmi 20 saniyəyə...

Koronavirusdan qorunmağın asan yolu - Cəmi 20 saniyəyə...

Ötən ilin sonundan başlayaraq, dünyanın müxtəlif yerlərində sürətlə yayılan koronavirus səbəbindən bu günə qəfər minlərlə insan ölüb, on minlərlə insan isə hazırda virusun daşıyıcısıdır.

Sfera.az xəbər verir ki, tanınmış həkim Arzu Əhmədova yenisabah.az-a açıqlamasında koronavirusa yoluxmanın əlamətlərini sadalayıb: "Hərarət, güclü və kəsilməyən öskürək virusun əlamətlərindəndir. Virusa yoluxduqda bronxlar və ağciyər şişdiyinə görə nəfəsalma çətinləşir. Halsızlıq, güclü baş ağrıları olur. Bir gün sonra isə yoluxan insanın taqəti kəsilir, ayaq üstə dayana bilmir"

Həkim virusdan qorunmağın yollarını da açıqlayıb: "Virusdan qorunmaq üçün əlləri tez-tez və ən azı 20 saniyə yumaq lazımdır. İnsanların çox olduğu yerlərdə - metro, avtobuslarda maskadan istifadə etmək faydalıdır. Çox vacib deyilsə, qələbəlik yerlərdən uzaq olmaq məsləhətdir. Evə getdikdə üst paltarları havalandırılmalı, həmçinin evin havası da tez-tez dəyişməlidir. Çünki virus qapalı və insanların sıx olduğu yerdə inkişaf edir, lakin açıq havada isə inkişaf edə bilmir. Bolluca vitaminlər istifadə etmək də virusdan qorunmağa kömək edir".

Qeyd edək ki, virusun ilk dəfə Çinin 11 milyonluq Vuhan şəhərində dəniz məhsulları bazarında heyvandan insana keçdiyi iddia edilir. Heyvandan insana keçən bu xəstələyin daha sonra tənəffüs yolu ilə insandan insana da keçdiyi məlum olub.


OXŞAR XƏBƏRLƏR

Ərdoğan Əli Əsədovu QƏBUL ETDİ - YENİLƏNDİ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada rəsmi səfərdə olan Baş nazir Əli Əsədovu qəbul edib.   Sfera.az xəbər verir ki, qəbul zamanı Azərbay...

İlham Əliyev Ərdoğana COP-29-a dəvət məktubu GÖNDƏRDİ

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul olunacağıq.   Sfera.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Türkiyə-Azərbaycan B...

Bu müəllimlər MİQ-in birbaşa vakansiya seçimində İŞTİRAK EDƏ BİLƏRLƏR

Xəbər verdiyimiz kimi, 2024-2025-ci tədris ili üçün keçiriləcək dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbul...

İsmail Serageldin “Prezidentin fəxri diplomu” ilə TƏLTİF EDİLDİ

İsmail Serageldin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.   Sfera.az-ın xəbərinə görə, Prezident İlham Ə...

Öldürülən BMT əməkdaşlarının sayı AÇIQLANDI

Qəzzada öldürülən BMT əməkdaşlarının sayı 188-ə yüksəlib.   Sfera.az xəbər verir ki, bu barədə BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yard...

ABŞ-dən Çin nəhənginə QADAĞA – Bu şirkətə çip satışı YASAQLANDI

ABŞ Ticarət Nazirliyi Amerika yarımkeçirici (çip) texnologiyalarının Çin ordusuna çatmasının qarşısını almaq üçün əvvəllər tətbiq etdiyi sanksiyaları sərtləşdir...