Milli Məclis təhlükədə: Deputat koronavirusa yoluxub

Milli Məclis təhlükədə: Deputat koronavirusa yoluxub
 Koronavirusa yoluxmuş Milli Məclisin deputatı Sahib Alıyev bununla bağlı facebook-da status yazıb.

Sfera.az xəbər verir ki, o, özünü virusdan qorumağa çalışdığını qeyd edib:

"Nə qədər özümü qorumağa çalışsam da, çox təəssüf ki, mən də koronavirusa (COVİD-19) yoluxdum. Sizin hər birinizə sağlıq arzulayıram və ümid edirəm ki, insanların daha çox getmək məcburiyyətində qaldıqları obyektlərdəki vəzifəli şəxslər virusun bu dərəcədə geniş yayılmasının qarşısını almaq üçün nəhəyət gərəkənləri edəcəklər".

OXŞAR XƏBƏRLƏR