No Image
No Image

Könül Nurullayeva: “Türk dünyasına qarşı aparılan dezinformasiya kampaniyasını birgə əməkdaşlıqla zərərsizləşdirmək mümkündür”

Könül Nurullayeva: “Türk dünyasına qarşı aparılan dezinformasiya kampaniyasını birgə əməkdaşlıqla zərərsizləşdirmək mümkündür”
"Türk dünyasına qarşı aparılan dezinformasiya kampaniyasını zərərsizləşdirmək istiqamətində səylər birləşdirilməlidir".

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Könül Nurullayeva bildirib.

Deputat informasiya mübarizəsinin əhəmmiyyəti barədə də fikirlərini bölüşüb: "Bu gün Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısında bu məsələ bir daha gündəmdə gəldi. Bu gün dünyada güc amili həm də informasiya mübarizəsində əldə edilən üstünlüklə xarakterizə olunur.  Bu mənada döyüş meydanında savaş bitsə də, informasiya cəbhəsində mübarizə bitməyib və görünən odur ki, uzun müddət davam edəcək. Bu cəbhədə əldə edilən uğur daha böyük uğurlarla şərtlənir. Biz 44 günlük Vətən Müharibəsində informasiya cəbhəsində də fəallıq nümayiş etdirdik. Erməni tərəfi dezinformasiya siyasətini davam etdirirdi. Ermənipərəst mövqedən çıxış edənlər, qərəzli yanaşma sərgiləyənlər də var idi. Bununla belə, dünya Qarabağda baş verənlərlə bağlı ən operativ və dəqiq məlumatları Azərbaycandan alırdı. Bu müddətdə Azərbaycan-Türkiyə Ortaq Media Platforması da böyük səmərə verdi. Bu təcrübə göstərdi ki, postmüharibə dövründə də ortaq platforma işlək olmalıdır. Bu gün keçirilən toplantıda da qeyd edildiyi kimi, hamımız türk dünyasına qarşı dezinformasiya kampaniyasının aparıldığının şahidiyik və biz atdığımız hər addımda həqiqətə xidmət etməyə çalışırıq.  Bu gün ən təhlükəli tendensiyalardan biri kibertəhlükəsizlik və rəqəmsal hücumlardır. Bu təhlükələrə qarşı mütləq şəkildə media sahəsində ən effektiv təcrübələr birləşdirilməli, bu əməkdaşlıq uzunmüddətli perspektivə hesablanmalıdır".
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Mehriban Əliyeva: Şuşa 29 ildən sonra yenə doğmalarını, qonaqlarını qarşılayır

"Mayın 12-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa "Xarıbülbül” musiqi festivalına ev sahibliyi edir. Qədim mədəniyyət beşiyi olan Şuşa 29 ildən sonra yenə doğm...

Ermənistanın bir nömrəli təyyarəsi hərbi yüklərin qaçaqmalçılığı üçün yeni vasitə kimi... - VİDEO

Gürcüstan hökuməti Yuxarı Lars nəzarət buraxılış məntəqəsində ilişib qalmış 4 min ədəd zirehli jiletin Ermənistana keçirilməsinə icazə verməyib. İki yük m...

İlham Əliyev və Mehriban Əliyeva Şuşada səfərdədirlər - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva mayın 12-də Şuşada səfərdədirlər. ...

Azərbaycan Ordusu Göyçə gölündən 23 kilometr aralıda post qurdu

Ermənistanın "Yerkir.am” saytı bu gün səhər "Dünəndən bəri azərbaycanlılar Basarkeçər (Vardenis) istiqamətində irəliləməyə başlayıb” mövzusunda yazı dərc edib. ...

Mehriban Əliyevadan ictimaiyyətə hədiyyə - FOTOLAR

Heydər Əliyev Fondu tərəfindən ilk dəfə olaraq Azərbaycan bəstəkarlarının əsərlərinin notlarının toplusu nəşr olunub. Sefer.az xəbər verir ki, Azərbaycan ...

İlham Əliyev: "Bu, Ermənistan ordusunun və dövlətinin çökməsi demək idi"

44 günlük müharibə Azərbaycanın tam Qələbəsi ilə nəticələndi. Azərbaycan tam Qələbə qazandı, işğalçıları qədim Azərbaycan torpaqlarından qovdu və azad edilmiş b...