Kontakt Home “Qəbələ” mağazasında açılışa özəl xüsusi təkliflər – MARTIN 15-DƏK

Kontakt Home “Qəbələ” mağazasında açılışa özəl xüsusi təkliflər – MARTIN 15-DƏK
 
Artıq Qəbələlilər məişət texnikası və ağıllı cihazlar üçün uzağa getməyəcəklər. Çünki hər ehtiyacda Kontakt
Home onların xidmətində olacaq.
Martın 7-si Kontakt Home-un sayca 25-ci Qəbələ mağazasının rəsmi açılışı keçirilib. Əyləncəli tədbirdə Qəbələ
sakinləri üçün konsert, foto zonalar, bol hədiyyəli müsabiqələr təşkil olunub. Ziyarətçilər ən son texnoloji yeniliklərlə
elə yerindəcə tanış olub almaq imkanı əldə ediblər.

 
"Nəvəm üçün cehiz almağa gəlmişəm. Maşallah, axtardığım hər şey var burda. Xeyirli olsun!”

Sədaqət Kərimova, Qəbələ sakini, 62 yaş
 
İkimərtəbəli Qəbələ mağazasının birinci mərtəbəsində dünya brendlərinə aid rəqəmsal texnikanın, ikinci
mərtəbədə isə geniş çeşidli böyük və kiçik məişət texnikası müştəriləri gözləyir.
 

 
"Qiymətlər çox sərfəlidir! Özümə telefon götürdüm, yoldaşıma soba aldıq. Endirimlər qurtarmamış yenə gələcəyik.”

Qurban Əsədov, Qəbələ sakini, 44 yaş
 
Bundan başqa, hər kəs martın 15-dək məhz "Qəbələ” mağazasının açılışına özəl 50%-dək endirim
aksiyasından, həmçinin bütün məhsullara ilkin ödənişsiz, faizsiz 24 ayadək hissə-hissə ödəniş kampaniyasından
faydalana bilər.
Endirimlər barədə daha dəqiq desək:
 32’’ (82 sm) televizor 319 AZN yox, 199.99 AZN-ə,
 HOFFMANN mini soba 179.99 AZN yox, 89,99 AZN-ə,
 1.7l tutumlu elektrik çayniki 49.99 AZN yox, 19.99 AZN-ə!
 

 
Ümumilikdə bütün telefonlara ilkin ödənişsiz, faizsiz 12 ay, məişət texnikası və TV-də isə ilkin ödənişsiz, faizsiz,
18 ay hissə-hissə ödəniş imkanı olacaq.
Misal üçün:
 Redmi 8A smartfonunu ayda cəmi 25 AZN-ə,
 Samsung LED televizorunu ayda cəmi 61,20 AZN-ə,
 Gümüşü LG paltaryuyanını ayda cəmi 57,80 AZN-ə,
 Gorenje tozsoranını isə ayda cəmi 10 AZN-ə əldə edə biləcəksiniz.
Qeyd edək ki, bütün məhsullar 3 ilədək rəsmi istehsalçı zəmanəti ilə təqdim olunur.
Kontakt Home "Qəbələ” mağazası Heydər Əliyev prospekti 118B ünvanında, Qəbələ rayon İcra Hakimiyyətinin
yaxınlığında yerləşir.
 

 
Siz Qəbələdə deyilsiniz? Eybi yoxdur! Sizə ən yaxın Kontakt home mağazasını buradan tapa bilərsiniz. Bütün
kampaniya, müsabiqə və endirimlərdən xəbərdar olmaq üçün Kontakt Home-u instagram-da izləyin, yaxud *6060
Çağrı Mərkəzinə zəng edərək sizi maraqlandıran suallara cavab alın.
 

 
 


OXŞAR XƏBƏRLƏR

“Çərşənbə”nin ikinci mövsümünün çəkilişləri başladı: Əsas aktyorlardan biri olmayacaq 

Məşhur “Netflix” serialının ikinci mövsümünün çəkilişlərinə başlanılıb. Bu barədə aparıcı aktrisa Cenna Orteqa İnstaqram səhifəsində məlumat verib. ...

24.000 illik körpə qalıqları insan tarixini yenidən yazdı

Təxminən 24500 il əvvəl Portuqaliyanın mərkəzindəki Lapedo vadisində 4 yaşlı uşaq kəfənə bükülmüş şəkildə dəfn edilib. Alimlərin kəşf etdiyi kimi, bu uşaqda həm...

Faşizm üzərində qələbədən 79 il ötür

Bu gün alman faşizmi üzərində tarixi qələbədən 79 il keçir.   Sfera.az xatırladır ki, faşizm üzərində qələbə Azərbaycanda da rəsmi dövlət bayramı kim...

Putinlə Paşinyanın görüşü başladı

Kremldə Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü keçirilir.   Sfera.az xəbər verir ki, bu barədə Kremlin mə...

“Finala keçməyə qoymadılar” - Xalq artisti

Xalq artisti Flora Kərimova final mərhələsinə keçə bilməyən "Avroviziya 2024" təmsilçilərimiz Fahree və İlkin Dövlətovla bağlı sosial şəbəkə...

Bu günlə bağlı XƏBƏRDARLIQ - RƏSMİ

Günəş küləyinin sürətinin müsbət qütblü Yüksək Sürətli Tac dəliyi Axınlarının və TKA-ın təsiri ilə artacağı gözlənilir.   Şamaxı Astrofizika Rəsədxan...