Kirkorov ermənilərə yardım xəbərini təkzib etdi: “Bu bizə atılmış böhtandır”

Kirkorov ermənilərə yardım xəbərini təkzib etdi: “Bu bizə atılmış böhtandır”
Xalq artisti Aygün Kazımova sosial media hesabında müğənni Filipp Kirkorovun atasının ermənilərə yardım etməsi ilə bağlı məsələyə aydınlıq gətirib.

 

Sfera.az xəbər verir ki, müğənni daha öncə birlikdə səhnəyə çıxdığı və duet oxuduğu Filipp Kirkorovla məsələ ilə bağlı əlaqə saxlamağı özünə borc bildiyini diqqətə çatıdırıb:


"Filipplə əlaqə saxladım və bu xəbər onu çox sarsıtdı”.


Kazımovanın sözlərinə görə, Kirkorov atası haqqındakı iddiaları təkzib edib:


"Mənim atam iki aydır xəstədir, o öz hayındadır, hansı humanitar yardımdan söhbət gedə bilər ki? Ürəyindən əməliyyat olunub, bu sadəcə bizə atılmış bir böhtandır. Qarbağda gedən döyüşlər məni də üzür və mən yalnız sülhün tərəfindəyəm, - deyə Filipp Kirkorov bildirdi”.


Xatırladaq ki, bir neçə gün öncə müğənni Filipp Kirkorovun və atası Bedrus Kirkorovun Qarabağda gedən döyüşlərlə bağlı Ermənistana maddi və humanitar yardım etdiyi xəbəri yayılıb.


Jalə Mehdi

 

 


OXŞAR XƏBƏRLƏR