Kimlər karantin rejimini pozmuş sayılır? - Rəsmi Açıqlama

Kimlər karantin rejimini pozmuş sayılır? - Rəsmi Açıqlama
 

Sumqayıtdan Bakı istiqamətinə gedən avtomobillər polis əməkdaşları tərəfindən saxlanılıb. Nəticədə Bakı-Sumqayıt yolunun paytaxt istiqamətində nəqliyyatın hərəkəti iflic olub.

Sfera.az xəbər verir ki, mövcud vəziyyətlə bağlı videogörüntülər sosial şəbəkədə paylaşılıb. Görüntülərdə Masazır dairəsindən başlayan tıxacın "Ekologiya postu” deyilən əraziyə qədər davam etdiyi görünür.

Məsələyə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Oxu.Az-a açıqlamasında münasibət bildirib:

 

"Günlərdir kütləvi informasiya vasitələrindən əhaliyə müraciət olunur. Zərurət olmadan evdən çıxmamaq, şəxsi avtomobillərdən istifadə etməmək tövsiyə edilir. Lakin əhalinin böyük hissəsi mövcud vəziyyətin ciddiliyini başa düşmür. Xüsusi karantin rejimində bu qədər nəqliyyat vasitəsinin gediş-gəlişinə icazə verilsə, yoluxma halları daha da artacaq. Bu gün son məlumatlara görə, daha 61 nəfərdə koronavirus aşkar olundu.

Bakı-Sumqayıt yolunda sıxlıq yaradan insanlar düşünsün ki, iki dəqiqə ərzində yollarda nə qədər nəqliyyat vasitəsi yığılır. Onların hamısı zərurətdəndirmi? Bu qədər insanlar həyati vacib olan sahələrdə çalışır? Təəssüf ki, xeyr. Karantin rejiminin qaydalarına ciddi yanaşılmalıdır”.

K.Əliyev onu da qeyd edib ki, xüsusi karantin rejiminə riayət etməyən şəxslər qanunvericiliyin tələblərinə uyğun olaraq, məsuliyyətə cəlb olunacaqlar:

"Belə ki, Nazirlər Kabinetinin qərarına əsasən, xüsusi rejim dövründə insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələri, eləcə də həmin sahələrdə çalışan şəxslər, təxirəsalınmaz tibbi yardıma zərurət olan, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yaranan məqamlar istisna olmaqla, digər hallarda yola çıxan nəqliyyat vasitələri geri qaytarılır.

Həyati əhəmiyyətli sahələrdə çalışan şəxslərdən isə xahiş olunur ki, mütləq şəkildə üzərlərində şəxsiyyəti təsdiq edən sənəd, çalışdıqları müəssisələrə aid vəsiqə və rəhbərlik tərəfindən həmin xidmətdə işlədiyinə dair müvafiq arayış olmalıdır. Həmin an polis əməkdaşı dəqiqləşdirə bilməz ki, şəxs hazırda həmin yerdə çalışır, yoxsa yox. Rəhbərlik tərəfindən verilən müvafiq sənəd mütləq olmalıdır. Əks təqdirdə, həmin şəxs və ya şəxslər karantin rejimini pozmuş hesab olunurlar.

Eyni zamanda, polisin xəbərdarlığına məhəl qoymayan, karantin rejimini pozmağa cəhd edən şəxslər qanunvericiliyin tələbinə uyğun olaraq, məsuliyyətə cəlb olunacaqlar”.



OXŞAR XƏBƏRLƏR

Prezident: "Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq"

Biz istənilən ölkə kimi öz media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq və hər kəs qanunlara əməl etməlidir   Sfera.az xəbər verir ki, bu fik...

ABB ABŞ-yə ilk bankçılıq missiyasında iştirak etdi - FOTO

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımovun rəhbərliyi, Azərbaycan Banklar Assosiasiyasının və ABŞ-Azərbaycan Ticarət Palatasının təşkilatçılığı ilə ölkəm...

Prezident: "Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq"

Avropada təbii qaza - yeni mənbələrdən olan qaza tələb artır. Əgər 2021-ci ildə biz Avropa İttifaqı ölkələrinə 8 milyard kubmetr qaz təchiz etmişdiksə, bu il bu...

Prezident: "COP29 qarşıdurma arenası olmayacaq"

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli üçün çox böyük səylər göstərmişdir. Bu gün BƏƏ ...

Prezident: "Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk"

Biz Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk.   Sfera.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İl...

Prezident: "Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb"

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb və bu proses davam etdirilir.   Sfera.az xəbər verir...