İstanbulda Azərbaycana dəstək mitinqi keçirilib - FOTOLAR

İstanbulda Azərbaycana dəstək mitinqi keçirilib - FOTOLAR
 Türkiyənin İstanbul şəhərində tarixi Bəyazid meydanında "Can Azərbaycana Canımız fəda” adlı izdihamlı mitinq keçirilib.

Sfera.az xəbər verir ki, mitinq son günlər Azərbaycan-Ermənistan sərhədində yaşanan gərginliklərlə bağlı Azərbaycana dəstək vermək, şəhid olan hərbçilərimizi yad etmək və Ermənistanın bütün dünyanın pandemiya ilə mübarizə apardığı dönəmdə əl atdığı təxribatlara etiraz etmək məqsədilə baş tutub.

5 minə yaxın azərbaycanlı, türk və digər xalqların da dəstək verdiyi mitinqin təşəbbüskarları İstanbul Universiteti Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyi, Turan Ocaqları və Bütöv Azərbaycan Ocaqlarıdır.

Şəhidlərin xatirəsinə bir dəqiqəlik sükut və hər iki qardaş ölkənin himnləri ilə başlayan tədbir Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyinin sədri Anar Can Kıtayın ortaq bəyanatı oxuması ilə davam edib. Bəyanatda Ermənistanın işğalçılıq və təcavüz siyasəti pislənilib, dünya azərbaycanlılarının doğma Vətənlərinə sonsuz dəstəyi ifadə edilib. Turan Ocaqları başqanı Ercan Urçar Türkiyə xalqının Can Azərbaycan üçün canını fəda etməyə hazır olduğunu dilə gətirib.

Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyinin fəxri sədri Rəşid Mustafazadə bu cür dəstək aksiyalarının dünyanın hər yerində davam etdirilməsi zərurətini vurğulayaraq Azərbaycan xalqının öz doğma torpaqlarını işğaldan azad etməyə hazır olduğunu qeyd edib.

Mitinqdə Azərbaycan və Türkiyə bayraqları ilə yanaşı, digər dəstəkçi ölkələrin də bayraqları qaldırılıb. İştirakçılar "Şəhidlər ölməz, Vətən bölünməz”, "Qarabağ Azərbaycanındır”, "Ar olsun Ermənistana”, "Qarabağa ədalət” şüarları səsləndiriblər.

OXŞAR XƏBƏRLƏR

Türkiyədə koronavirusla bağlı son statistika

 Son sutkada Türkiyədə koronavirusdan daha 19 nəfər ölüb. Sfera.az xəbər verir ki, bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib. Nazirin sö...

Türkiyədə koronavirusa yoluxanların sayı 230 mini keçdi - STATİSTİKA

 Bu gün Türkiyədə daha 17 nəfər koronavirusdan ölüb. Sfera.az xəbər verir ki, bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib. Nazir qeyd edib...

Türkiyədə 211 mindən çox şəxs koronavirusdan sağaldı - STATİSTİKA

 Türkiyədə daha 15 nəfər koronavirusdan ölüb. Sfera.az xəbər verir ki, bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib. Nazir qeyd edib ki, bu...

Vankuverdə yaşayan azərbaycanlılar erməni təxribatına etiraz etdi - FOTO

 İyulun 26-da Kanadanın Vankuver şəhərində azərbaycanlı icmasının təşkilatçılığı və iştirakı ilə Azərbaycanın Tovuz rayonu istiqamətində baş verən erməni t...

Türkiyədə infeksiyaya yoluxanların sayı 220 mini ötdü - STATİSTİKA

 Bu gün Türkiyədə koronavirusdan 17 nəfər vəfat edib. Sfera.az xəbər verir ki, bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib. Nazir qeyd edi...

Türkiyədə koronavirusdan daha 19 nəfər ölüb - STATİSTİKA

 Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 19 nəfər ölüb. Sfera.az xəbər vrir ki, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca özünün...